Modern.az

Yanacaqdoldurma stansiyasını partlatmamaq üçün prezidentdən görüş tələb edildi

Yanacaqdoldurma stansiyasını partlatmamaq üçün prezidentdən görüş tələb edildi

23 Noyabr 2018, 23:57

Fransada naməlum şəxs yanacaqdoldurma stansiyasını partladacağı ilə hədələyərək prezidentlə görüş tələb edib. Modern.az xəbər verir ki, hadisə ölkənin qərbindəki Anje şəhərində qeydə alınıb. Belə ki, əyninə sarı jilet geymiş kişi yanacaqdoldurma stansiyasını partladacağı ilə hədələyib. Fransanın daxili işlər naziri Kristofer Kastaner bildirib ki, həmin şəxs Fransa prezidenti Emmanuel Makronla görüş tələb edib.

Məlumata görə, əraziyə polis əməkdaşları gəlib və sakinlər təhlükəli zonadan təxliyyə edilib.

 

Nazirin sözlərinə görə, adı açıqlanmayan şəxs yanacağın qiymətinin bahalaşmasına etiraz əlaməti olaraq aksiya keçirən şəxslərdən birinə oxşayır. Həmin etirazçılar da sarı gödəkcə geyiniblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!