Modern.az

“Ekspo 2025” Ümumdünya Sərgisi Osakada keçiriləcək  

“Ekspo 2025” Ümumdünya Sərgisi Osakada keçiriləcək   

Dünya

24 Noyabr 2018, 02:52

Parisdə keçirilən Beynəlxalq Sərgilər Bürosunun (BSB) Baş Assambleyasının 164-cü sessiyası "Ekspo 2025" Ümumdünya Sərgisinə ev sahibliyi edəcək şəhəri seçib.

Modern.az xəbər verir ki, Yaponiyanın Osaka gizli səsvermə yolu ilə "Ekspo 2025"in ev sahibi olacaq şəhəri seçilib.

Qeyd edək ki, bu sərgiyə üç namizəd şəhər vardı: Bakı, Yaponiyanın Osaka, Rusiyanın Yekaterinburq şəhərləri.

Xatırladaq ki, “Ekspo” 170-dən çox ölkənin iştirakı ilə 5 ildən bir təşkil edilən ən böyük beynəlxalq sərgidir. Sərgidə ölkələrin elm, texnika, memarlıq və incəsənət sahələrində əldə etdiyi nailiyyətlər nümayiş etdirilir.


Qeyd edək ki, “Ekspo 2020” sərgisi Dubayda keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı