Modern.az

Ramil Usubov bir neçə rayonun polis rəisini dəyişib

Ramil Usubov bir neçə rayonun polis rəisini dəyişib

Təhsil

5 Noyabr 2011, 13:03

Daxili İşlər naziri Ramil Usubovun əmri ilə bir neçə rayonun polis rəisi dəyişdirlib. Suraxanı rayon Polis İdarəsinin (RPİ) rəisi Etibar Qazıbəyov daxili işlər orqanlarında xidmətkeçmənin son yaş həddinə çatması ilə əlaqədar təqaüdə göndərilib.

Modern.az Trend-ə istinadən bildirir ki, nazirin digər əmri ilə Nəsimi PRİ-nin rəisi Məmməd Mikayılov Suraxanı PRİ-yə rəis təyin olunub. Xəzər RPİ-nin rəisi Musa Musayev isə Nəsimi RPİ-yə rəis göndərilib.

Eyni zamanda, nazirin əmri ilə Zaqatala rayon polis şöbəsinin rəisi Faiq Şabanov Xəzər RPİ-yə rəis təyin edilib. Şəki RPŞ-nin rəisi Azad Məmmədovla Şabran RPŞ-nin rəisi Eldar İlyasovun yerləri dəyişdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir