Modern.az

Məktəb direktoruna şiddətli töhmət verilib

Məktəb direktoruna şiddətli töhmət verilib

10 Dekabr 2009, 13:32

Modern.az Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrda bu qurumun “qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; faks: 496-37-61; e-mail ünvanı: [email protected]) 27 müraciət daxil olub.

Nazirlikdən bildirilib ki, müraciətlərin əksəriyyəti (17-si) sorğu, məlumat və anonim xarakterlidir. Müraciətlərin 18-i Ba­­­kı şəhərinin ümumtəhsil məktəb­lərindən daxil olub. Sor­ğu­lar əsasən olimpiadaların keçirilməsi, imta­hanlara hazırlıq, uşaq bağ­­çaları, müəllimlərin işə qəbulu ilə bağ­­lı­dır. Şikayətlər isə da­ha çox mək­təblərin istilik sistemi təchizatı barədədir.

Təhsil Nazirliyinin “qaynar xətt” xidmətinə daxil olan bütün müraciətlər araş­dırılıb, müvafiq tədbirlər görülüb və müraciət müəlliflərinə cavab verilib. Eyni za­man­­da noyabr ayında “qaynar xətt” xidmətinə daxil olan çox­saylı sorğular nazirli­yin əməkdaşları tərəfindən cavablandırılıb.

Ötən ay ərzində “qaynar xətt” xidmətinə 151 saylı orta məktəbdə məktəbli for­masının məcburi şəkildə satılması ilə bağlı iki anonim şikayət daxil olub. Şikayət edən valideynin kimliyi müəyyənləşdirildikdən sonra məktəbdə araşdırma aparılıb və şi­ka­yətin doğru olduğu aydınlaşdırılıb. Bununla bağlı məktəbin direktoruna Bakı Şə­həri üzrə Təh­sil İdarəsi tərəfindən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi