Modern.az

DİN Lokomotiv Deposunun rəisinin güllələnməsinə dair rəsmi məlumat yayıb

DİN Lokomotiv Deposunun rəisinin güllələnməsinə dair rəsmi məlumat yayıb

Təhsil

5 Noyabr 2011, 13:56

Daxili İşlər Nazirliyi Bakıda Lokomotiv Deposunun rəisinin güllələnməsi barədə rəsmi məlumat yayıb. Nazirlik bildirib ki, noyabrın 4-də saat 10.00 radələrində Böyükşor-Lokomotiv Deposuna gəlmiş Bakı şəhər sakini 77 yaşlı Heydər Dadaşov tapançadan atəş açaraq oranın rəisi 67 yaşlı Kamal Ocaqverdiyevə xəsarət yetirib. 
K.Ocaqverdiyev xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır. H.Dadaşov Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları tərəfindən tutulub, ondan 1 ədəd "Makarov" tipli tapança götürülüb. Araşdırmalar zamanı H.Dadaşovun tapançanı bacısı oğlu Eldar Hacıyevdən alması müəyyən edilib və o da saxlanılıb.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı