Modern.az

Rusiya Poroşenkonu şanssız hesab edir

Rusiya Poroşenkonu şanssız hesab edir

25 Noyabr 2018, 00:42

Ukrayna Prezidenti Pyotr Poroşenko “ABŞ, İngiltərə və Monteneqroda seçkilərə müdaxilə edə bilən Rusiya Ukraynadakı seçkilərə də mütləq müdaxilə edər" moda trendini izləyir. Modern.az xəbər verir ki, bu sözləri “Sputnik”ə açıqlamasında Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov bildirib.

Rusiyanın Ukrayada keçirilməsi nəzərdə tutulan seçkilərə müdaxilə edəcəyi ilə bağlı iddialara cavab verən Kalaşnikov bildirib ki, Poroşenkonun seçkilərə təsir hekayəsi bundan ibarətdir:

“Poroşenkonun bu cür açıqlamalar verməsinin səbəbi seçkilərdə qalibiyyət şansının az olması və buna görə də düşəcəyi yerə indidən saman səpmə səyi ilə əlaqədardır”.

Qeyd edək ki, ölkə konstitusiyasına görə Ukraynada prezident seçkisi 2019-cu il martın 31-də keçirilməlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi