Modern.az

DİM-dən sərt AÇIQLAMA: “Buraxılış imtahanlarında heç kimə güzəşt olmayacaq!”  

DİM-dən sərt AÇIQLAMA: “Buraxılış imtahanlarında heç kimə güzəşt olmayacaq!”  

25 Noyabr 2018, 11:33

2019-cu ildə kurikulum sistemi ilə keçiriləcək qəbul imtahanlarının modeli təsdiq olunsa da, abituriyentlər üçün bir sıra məqamlar hələ də qaranlıq qalıb.

Həmin məqamlardan biri də IX sinfin yekun qiymətləndirməsində əldə olunan fərqlənmə attestatının XI sinfin buraxılış və ya qəbul imtahanlarında şagirdə hansı üstünlüklər yaradacağıyla bağlıdır.

Mövzu ilə əlaqədar Dövlət İmtahan Mərkəzindən Modern.az-a bildiriblər ki, şagirdin dərs prosesi ilə bağlı hər hansı üstünlüyə sahib olması buraxılış və qəbul imtahanlarında nəzərə alınmır.

Xatırladaq ki, bir müddət əvvəl sağlamlıq imkanları məhdud şəxslərə buraxılış imtahanlarında güzəşt olunacağından bəhs edən xəbər vermişdik.

Belə ki, sağlamlıq imkanları məhdud olan buraxılış sinif şagirdləri Nazirlər Kabinetinin qərarı ilə imtahandan azad olunurdular.


"2019-cu ildən qəbul qaydalarında edilən dəyişikliyə görə, buraxılış imtahanları ali təhsil müəssisələrinə qəbulun ilkin mərhələsi hesab olunur. Belə olduğu halda, sağlamlıq imkanları məhdud şəxslər ali məktəblərə qəbul olunmaq üçün azad olduqları buraxılış imtahanında iştirak etməyə məcburdurlar.

Nəticə olaraq, DİM-in tərtib etdiyi qaydalara görə, hər abituriyent ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında ümumi qaydada iştirak edərək müsabiqədə müvəffəqiyyət qazanmalıdır. Müsabiqə zamanı fərqlənmə attestatı, hər hansı digər uğur və ya bunların tamamilə əksi, şagirdin sağlamlıq imkanları nəzərə alınmır", deyə DİM-dən bildirilib.


Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir