Modern.az

“Kediciklər”in FETÖ ilə bağlantıları ortaya çıxdı

“Kediciklər”in FETÖ ilə bağlantıları ortaya çıxdı

25 Noyabr 2018, 20:16

Adnan Oktar və qrupuna qarşı yönəlmiş istintaq çərçivəsində şübhəli şəxslərdən ələ keçirilən materiallar əsasında yeni şok məlumat və bağlantılar ortaya çıxıb. Modern.az musavat.com-a istinadən xəbər verir ki, A.Oktarın "kedicikləri"nin FETÖ-nün ən üst səviyyəli isimləri ilə mütəmadi şəkildə əlaqələri olub.

 

"Kediciklər"dən Aslıhan Hantal keçmiş vəkil İlhan İşbilən və "Zaman" qəzetinin sahibi Aleaddin Kaya ilə tez-tez əlaqə yaradıb.

 

Bundan başqa, Fatma Ceyda Ertüzün adlı "kediciyin" də bağlanan Fateh Universitetinin rektoru Şerif Ali Tekalan, Fətullah Gülənin vəkili Abdulkadir Aksoy və FETÖ-nün imamı kimi tanınan Osman Karakuş ilə görüşdüyü ortaya çıxıb.

 

Araşdırmalar zamanı məlum olub ki, adıçəkilən "kediciklər" terror qruplaşması FETÖ-nün fərari isimlərindən olan Önder Aytaç ilə də görüşüblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir