Modern.az

Tanınmış xanım müğənni güllələndi

Tanınmış xanım müğənni güllələndi

Dünya

25 Noyabr 2018, 20:32

Tanınmış müğənni Maşidat Ömərovaya silahlı hücum olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Dağıstanda qeydə alınıb.

 

Məlumata görə, naməlum şəxs müğənniyə yaşadığı evin həyətində odlu silahdan atəş açıb.

 

Mahaçqala şəhərində baş vermiş hadisə nəticəsində M. Ömərova yaralanıb. O, xəstəxanaya yerləşdirilib və əməliyyat olunub, vəziyyəti stabil kimi dəyərləndirilir.

 

Faktla bağlı cinayət işi açılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir