Modern.az

Rusiya Ukrayna gəmisinə atəş açdı - VİDEO

Rusiya Ukrayna gəmisinə atəş açdı - VİDEO

25 Noyabr 2018, 23:58

Rusiya gəmiləri Kerç körfəzindən çıxan Ukrayna Hərbi-Dəniz Qüvvələrinə aid gəmi qrupuna atəş açıb. Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

Məlumata görə, atəş nəticəsində “Berdyansk” kiçik zirehli artilleriya kateri zədələnib. Kater hərəkətdən qalıb, yaralı var.

 

Qeyd edək ki, bundan öncə Rusiya məlumat yayaraq, Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəminin Rusiya sərhədlərini pozaraq, Kerç boğazı istiqamətində irəlilədiyini bildirmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər