Modern.az

Kaliforniyada meşə yanğını lokallaşdırılıb

Kaliforniyada meşə yanğını lokallaşdırılıb

Dünya

26 Noyabr 2018, 00:51

Kaliforniyanın şimalında ştatın müasir tarixində ən dağıdıcı təbii fəlakət hesab olunan meşə yanğını tam lokallaşdırılıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumat Kaliforniya meşə təsərrüfatı və yanğından mühafizə idarəsi tərəfindən yayılıb.

 

Məlumatda bildirilir ki, yanmış ərazi 620 kvadratkilometrə yaxındır. Alov təxminən 14 min evi məhv edib. Noyabrın 8-də Byutt dairəsində başlayan yanğın nəticəsində ştatın şimalında azı 85 nəfər həlak olub. Yüzlərlə insan itkin düşmüş hesab edilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir