Modern.az

Akademik Rafiq Əliyev işdən çıxarıldı

Akademik Rafiq Əliyev işdən çıxarıldı

5 Noyabr 2011, 16:56

Akademik Rafiq Əliyev Azərbaycan Dövlət Neft Akademiyasında tutduğu kafedra müdiri vəzifəsindən çıxarılıb. Yayılan məlumata görə, akademikin Ziyalılar Forumunda təmsil olunması “yuxarı” dairələri narazı salıb.

Noyabrın 4-də Ziyalılar Forumunun təşkil etdiyi və ölkədəki ictimai-siyasi durumun ciddi tənqidi ruhunda keçən tədbirə onun aparıcılıq etməsi isə narazılığı pik həddə çatdırıb. Bununla da akademikin işdən çıxarılması haqda qərar verilib.

Akademik Əliyev “Azadlıq”ın əməkdaşı ilə söhbətində işdən çıxarıldığını təsdiqləyib. Lakin o, bunun səbəbi  barədə danışmayaraq, məsələyə münasibət bildirmək istəmədiyini deyib.

Qeyd edək ki, 69 yaşlı professor R.Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, MBA Proqram direktoru, Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) Bakı, Corciya Dövlət Universiteti, Atlanta, ABŞ, BBA Proqram direktoru, ″Lütfi Zadə irsi və Süni intellekt″ Assosiasiyasının prezidentidir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır