Modern.az

Rusiyada SƏSVERMƏ - İki dahi azərbaycanlının adının əbədiləşdirilməsi üçün səs verin!  

Rusiyada SƏSVERMƏ - İki dahi azərbaycanlının adının əbədiləşdirilməsi üçün səs verin!   

26 Noyabr 2018, 13:50

TƏLƏSİN! Səsvermə noyabrın 30-dək davam edəcək!


Rusiya Federasiyasının 45 hava limanına ölkənin dahi şəxsiyyətlərinin adlarının verilməsi ilə əlaqədar səsvermə elan edilib. Modern.az xəbər verir ki, bu səsverməyə Rusiya tarixində həyati əhəmiyyətli rol oynamış iki azərbaycanlının - Fərman Salmanov və Sabit Orucovun da adları daxil edilib. Müsabiqə noyabrın 30-da bitir.

Səsvermə çox sadədir: ya iki sosial şəbəkə, ya da Rusiya nömrəsi olanlar SMS vasitəsilə səs verə bilərlər.

Rusiya nömrəsi olmayanlar 2 sosial şəbəkədən 1-2 dəqiqə ərzində qeydiyyatdan keçərək səsvermədə iştirak edə bilərlər.

Sabit Orucovun adı Novıy-Urenqoy (qeyri rəsmi olaraq Rusiyanın qaz paytaxtı adlanır) şəhərinin hava limanına veriləcək adlar sırasında yer alır. Onun adını seçib səs verməklə həmyerlimizin adının əbədiləşdirilməsinə töhfə vermiş olursunuz. 

//xn--80adjaaqabpiqn.xn--p1ai/members/noviyurengoy 

Fərman Salmanovun adı isə Nijnevartovsk şəhərinin hava limanına veriləcək adlar sırasında yer alır. Onun adını müvafiq qaydada seçib səs verə və bu aeroportda onun adını əbədiləşdirə bilərsiniz.

//xn--80adjaaqabpiqn.xn--p1ai/members/nignevartovsk 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi