Modern.az

Qəssab kəsdiyi heyvanların cəmdəyi altında qalaraq öldü

Qəssab kəsdiyi heyvanların cəmdəyi altında qalaraq öldü

6 Noyabr 2011, 15:03

Türkiyədə Çorum qəsəbəsindəki qurban kəsimi yerində bədbəxt hadisə baş verib. Qurbanlıq heyvan cəmdəklərinin asıldığı relsli asqının çökməsi 31 yaşlı qəssab Murad Yıldızın ölümünə səbəb olub.

Modern.az Türkiyə mediasına istinadən bildirir ki, hadisə bu gün səhər saatlarında baş verib. Kəsilən heyvanları asmaq üçün təxminən 4 metr yüksəklikdəki relsli asqıya çıxan qəssab Murad Yıldız yəqin ağlına gətirməzdiki ətin altında qalıb öləcək. O, asqının çökməsi nəticəsində kəsilmiş heyvanlarla birlikdə yerə düşüb. Asqıdakı aparata tağılan 6 iribuynuzlu heyvanın cəmdəyinin altında qalan Murad Yıldız hadisə yerində başına dəyən sərt zərbənin təsiri ilə həyatını itirib.

Hadisələ əlaqədar istintaq aparılır

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir