20 fevral 2019, Çərşənbə
Ana Səhifə - MEDİA - Xaricdə yaşayan jurnalist: “Azərbaycan  və Türkiyə mətbuatını Bülent Ersoyla Elza Seyidcahana bənzədirəm” - MÜSAHİBƏ  
Xaricdə yaşayan jurnalist: “Azərbaycan  və Türkiyə mətbuatını Bülent Ersoyla Elza Seyidcahana bənzədirəm” - MÜSAHİBƏ  
27.11.2018, 08:11

Kəbutər Haqverdi: “Burada ən böyük xoşbəxtlik təqaüdə çıxmaqdır, oturduğun yerdə işlədiyin qədər pul alırsan”

Dünya bu gün Ərdoğan hakimiyyətini bitirməyin yollarını axtarır, o, isə Türkiyənin tarixini yenidən yazır”

 

Modern.az saytı xaricdə yaşayan azərbaycanlı jurnalistlərlə silsilə müsahibələri davam etdirir. Budəfəki həmsöhbətimiz Türkiyənin İstanbul şəhərində yaşayan həmkarımız Kəbutər Haqverdidir. Onunla müsahibəni təqdim edirik.  
 

Kəbutər Haqverdinin jurnalist kimi ilk fəaliyyəti Biləsuvarda rayon qəzetində olub. Daha sonra Sabir Rüstəmxanlının baş redaktoru olduğu “Azərbaycan” qəzetində işləyib.  

Ardınca ailə vəziyyətilə bağlı mətbuatdan getsə də, bir müddət sonra yenidən jurnalistikaya qayıdıb və “Şans” qəzetində işləyib. 
Azərbaycanda son iş yeri  14 il çalışdığı “Yeni Azərbaycan” qəzeti olub. Daha sonra Türkiyə vətəndaşı ilə ailə quraraq İstanbul şəhərinə köçüb. 

- Kəbutər xanım, Türkiyədə milli valyuta dollara nisbətdə xeyli ucuzlaşdı. Bu, sizin ailə durumunuza hansı formada təsir etdi?

- Hər kəsə necə, bizə də elə. Burada bir qayda var ki, işləyən adamın maaşı inflyasiyaya görə nizamlanır. İstər dövlət işində, istərsə də özəl sektorda işləyən olsun, bu, məcburidir. Təbii ki, devalvasiyadan sonra ev kirayələri, gediş haqları, kommunal xidmətlər bahalaşdı.

- İstanbul da bahalı şəhər hesab olunur. Bahalı şəhər, bahalaşma və milli valyutanın kəskin ucuzlaşması... Belə bir situasiyada yaşamaqda hansı çətinliklər çəkirsiniz?

- İstanbul kimi bahalı bir yerdə yaşamağı bacarırsansa, devalvasiya və inflyasiya o qədər də dəhşətli görünmür. Üstəlik yerli valyutadan istifadə etdiyimizə görə, ciddi problemlər yaşamadıq. Necə deyərlər, ellə gələn qara gün də toy-bayramdır.


- Bahalı adı gələndə çoxlarının ağlına ən yaxşı şeylər gəlir. Halbuki, İstanbulun yəqin ki, neqativ tərəfləri də var.

- Uzaqdan İstanbul komfortlu, kef içində yaşamaq üçün gözəl bir məkan kimi görünə bilər. Əslində isə burada fərqli yaşayış var. Bəlkə də çoxları deyəcəyim sözlərə görə məni qınayacaq. Dünyanın hər yerində yaşayan rəfiqələrimlə fikir mübadiləsindən sonra deyə bilərəm ki, Türkiyə kapitalizmin ən pis şərtlərini özündə daşıyan bir ölkədir.

Ancaq Allaha şükürlər olsun ki, son illər bu tendensiyanın aradan qalxması üçün görülən işlərin nəticəsi insanların yaşayışında hiss olunmağa başlayıb.

2012-ci ildə qaz xətti olmayan, daş kömür və odun sobaları ilə qızdırılan, qaz balonlarınının işlədildiyi məhəllələri görəndə çox heyrətlənmişdim. Mən daha bir şok da yaşamışdım.

Televiziya kanallarında “bit sabunu gəldi” deyə reklam çarxını görəndə, bunun zarafat olduğunu sandım. Daha sonra öz yaşıdım olan, amma oxuya, yaşaya bilməyən insanlarla qarşılaşdım. Onda mənə bəlli oldu ki, ucqar kəndlərdə məktəb yoxdur, bir neçə il əvvələ qədər orada insanların çoxu yalnız 4-cü sinfə qədər oxuyurlar.

Bu da kənardan çox cazibədar və gözəl görünən İstanbul...

- Bəs ümumiyyətlə Türkiyədə lirənin ucuzlaşmasından sonra biz görmədiyimiz hansı hadisələr oldu?

- Bayaq dediklərim aysberqin görünən tərəfidir. Görünməyən tərəfi isə odur ki, Türkiyədə bir gecənin içində 4 mindən çox şirkət iflasa uğradı. Xüsusilə nəşriyyatlar iflic oldu. Çünki kağız Türkiyədə idxal olunan məhsullar kateqoriyasına daxildir. Buna görə də, nəşriyyat sektorunun xarici borcu bir gecədə dörd dəfə artdı.

Bizim cəmi 3 yaşı olan “Araz yayınları” da xeyli borca düşdü. Bir çox layihələrimiz təxirə salındı.

Türklərdə bir söz var: “Borc igidin qamçısıdır”. Yəni bu o deməkdir ki, daha çox çalışacaqsan.


- Bəs siz necə çalışacaqsınız?

- Biz də yolumuza daha ehtiyatla və daha diqqətlə davam edirik. Qarşıda yeni layihələrimiz var. Dekabr ayının 3-də Dünya Əlillər Günüdür. Bu gün münasibəti ilə Türkiyədə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə əlil vətəndaşlara 3 min kitab hədiyyə edəcəyik.

Xalq Təhsil Şöbəsinin ev sahibliyi edəcəyi bu toplantıya bir çox tanınmış insanlar, nazirliklər qatılacaq.

Gələn ilin fevral ayının son həftəsi Peşəkar Nəşriyyatların dördüncü İstanbul Görüşməsi tədbirinə qatılacağıq.

Əldə etdiyimiz təcrübələrdən yararlanaraq bu il kitablarımızın xaricə satılmasına çalışacağıq. Hər il olduğu kimi, bu il də Azərbaycanla bağlı bir neçə kitabın çapına hazırlaşırıq. 2019-cu ildə azərbaycanlı yazar Fazil Güneyin çox maraqlı romanı olan “Qara Qan-Qarabağ”ın tərcüməsi üçün işlər gedir. Müəllifi olduğum “Cənnətdən sürgün” romanının da üçüncü dəfə çapına hazırlaşırıq. Fevral ayı üçün daha iki layihəmiz var. Biri rəsm və karikatura sərgisi, digəri isə Ahıska türklərinin tarixi ilə bağlı beynəlxalq konfransdır. Bunlar hamısı vaxt və vəsait tələb edən işlərdir. İnşallah öhdəsindən gələcəyimizi düşünürəm.

- İkinci dəfə evlənmisiniz. Bu evilikdən heç övladınız olubmu?

- Xeyr. Heç bu barədə düşünməmişəm də. Ancaq bir nəvəm var. 2 yaşında “şeytan” bir qızdır. (Kəbutər xanımın ilk evliliyindən olan qızı türkiyəli oğlanla ailə qurub - A.K.) Amma mənə alışa bilmir. Çünki onun ailəsinin ləhcəsində danışmıram. Tez-tez məndən “siz haradan gəlmisiniz?” deyə soruşur.

- Həyat yoldaşınız nə işlə məşğuldur?

- Təqaüddədir. Burada ən böyük xoşbəxtlik təqaüdə çıxmaqdır. Oturduğun yerdə işlədiyin qədər pul alırsan. Dövlətin təqaüddə olanlara çox böyük güzəştləri var. Müəyyən yaşdan sonra şəhər içində pulsuz gediş biletin olur. Təqaüdçü bir iş qurursa, vergilərdən azad olunur.

- Türkiyə vətəndaşı ilə ailə qurduğunuza görə peşman deyilsiniz?

- Peşman olmaq deyəndə ki... Fərqli dünyagörüşü, fərqli yaşayış tərzi, fərqli düşüncələrlə qarşılaşırsan. Mən adaptasiya ola bilmədim, hələ də özümü ağ-qara kimi hiss edirəm. Düşünürəm ki, dünyada bizim nə kişimizin, nə də qadınımızın əvəzi var. Rahat olmaq üçün gərək içində olduğun ailə və cəmiyyət kimi fikirləşəsən, buna adaptasiya olasan. Bu da nəyəsə görə, mənə qismət olmadı. Azərbaycanda olanda deyirdilər ki, elə bil toz-torpaqlı kənddə doğulub böyüməmisən. Burada da məhz Azərbaycan mentalitetindən qaynaqlanan yanaşmadan əziyyət çəkirəm. Hətta yeməklərinə belə alışa bilmirəm. Bir sözlə, evim mini Azərbaycandır.

- Mətbuatla əməkdaşlığınız hansı səviyyədədir?

- Mətbuatdan uzaqlaşmamışam. www.hocalihaber.com saytını yaradıb, onun 3 il baş yazarı olmuşam. Bir çox qəzetlərlə əməkdaşlıq etmişəm. Artıq Türkiyənin çox önəmli mətbuat orqanlarından biri olan “Yeni Akit” qəzetində ekspert qismində açıqlamalarım verilib.


- Bəs Azərbaycanla Türkiyə mətbuatını necə müqayisə edərdiniz?

- Azərbaycan mətbuatı Türkiyə mətbuatından çox güclüdür.Məsələn, Azərbaycanda mətbuat bir problemin üstünə bir həftə getsə, həmin problemin həll olunacağı qətidir. Amma təəssüf ki, bəzən bunu etmək istəmirlər, buna görə də mənzərə çox acınacaqlıdır. Azərbaycan mətbuatında axmaq şou və kriminal xəbərlər, qaralama kampaniyaları baş alıb gedir.

Türkiyə mətbuatı isə iliyinə qədər siyasiləşmiş, “xalturaçı” bir qüvvədir. Necə deyim, Azərbaycan mətbuatı ilə Türkiyə mətbuatını müqayisə etmək, Bülent Ersoyla Elza Seyidcahanı müqayisə etmək kimi bir şeydir. Bu mənada Azərbaycan və Türkiyə mətbuatını Bülent Ersoyla Elza Seyidcahana bənzədirəm. Hər ikisi istedadlıdır. Amma Bülent tarixə yaradıcılığı ilə imza atır, Elza isə vulqarlığı ilə.

- Bəzən Facebook-da da azərbaycanlı jurnalistləri qınayırsınız. Əsasən nədən narazısınız?

- Sosial şəbəkələrdə həmkarlarımı ona görə tənqid edirəm ki, mətbuat meyarını itirib. İki cızma-qara edənə “məşhur yazar” deyirlər. Bir mövzunu oradan buradan çırpışdırıb yazanı “məşhur tarixçi” kimi təqdim edirlər. Azərbaycan mətbuatı  Elza Seyidcahanı şair, Hafiz Hacıyevi isə siyasətçi kimi tanıdır.

- Bildiyimizə görə, Türkiyədə diaspor işində də fəallıq göstərirsiniz, sənədsiz azərbaycanlılara yardımlar edirsiniz. Bu haqda ətraflı danışardınız.

- Bu, ictimai bir işdir. Yəqin ki, peşə vərdişindən qaynaqlanır. Sənədsiz azərbaycanlılarla bağlı problemin həll olunmasına Diasporla iş Üzrə Dövlət Komitəsi rəhbərlik edir. Azərbaycanın İstanbuldakı Baş Konsulluğu da soydaşlarımızın vəziyyəti ilə yaxından maraqlanır, buna görə də gücləndirilmiş iş rejimində çalışır. Bu iki qurum xaricində sənədsiz azərbaycanlılarla bağlı görülən işlər haqqında danışmaq və proqnozlar vermək ümumi işə zərər gətirməkdən başqa bir şey deyil.

Çünki soydaşlarımız sosial şəbəkələri diqqətlə izləyir, gələcək taleləri haqda hər bir fikrə həssaslıqla yanaşırlar. Odur ki, təsdiqi olmayan fikirlər və ehtimallar səsləndirmək pis nəticələr verər və zərər gətirər. Sadəcə onu deyim ki, çox böyük kütlə Türkiyədə həyatları sual atlında yaşamaqdadır.

Təsəvvür edin ki, uşaq vaxtı Türkiyəyə valideynləri ilə gələn və əlində doğum şəhadətnaməsindən başqa bir sənədi olmayan minlərlə insan var. Onların təhsili haqqında söhbət belə gedə bilməz. Evləniblər, ata olublar, amma indi evlilik yaşında olan övladlarının adı yazılmış rəsmi bir sənədləri belə yoxdur. Yəni, insanlar normal haqlarından yararlana bilmirlər. Amma şükür Allaha ki, Diaspor Komitəsinin sədri Fuad Muradovun İstanbul diaspor fəalları ilə görüşə gəldiyi səfərindən sonra problemin həlli istiqamətində işlər başlandı. İnşallah dekabr ayında ilkin nəticələr açıqlanacaq.

 

- Nə əcəb Türkiyədə siyasi proseslərə qatılmırsınız?

- Çünki bura gələndə Türkiyə vətəndaşı deyildim. Türkiyədə ölkə vətəndaşı olmayanların siyasi fəaliyyətinə qadağa qoyulub.

- Bilirsiniz, Türkiyədə də, Azərbaycanda da prezident Rəcəb Tayyib Ərdoğan haqda birməmalı fikirlər yoxdur. Siz Türkiyə vətəndaşı kimi nə düşünürsünüz?

- Mən həmişə Türkiyədə yaşayıb Azərbaycan iqtidarına, Azərbaycanda yaşayıb Ərdoğana müxalif olanlara heyrətlənirəm.

15 iyul dövlət çevrilişinə cəhdi xatırlayın. Türkiyə bu hadisə nəticəsində böyük itki verdi. Ölənlərin sayı 20 Yanvar qırğınında şəhid olanların sayından iki dəfə çox idi. Ən dəhşətlisi o idi ki, burada öldürən də, öldürülən də eyni millətin nümayəndələri idi. Ölkə vətəndaş müharibəsinin astanasında idi. O gecənin səhərindən başlayaraq Türkiyə əhalisi küçələrdə növbə tutmağa başladı. “Ərdoğan Türkiyəni min il geri atdı” deyərək müxalifətçilik edənlər o günləri xatırlasınlar.

Dünya bu gün Ərdoğan hakimiyyətini bitirməyin yollarını axtarır. Bir neçə ay öncə Hrant Dink Vəqfinin konfransına qatılmışdım. Türkiyənin ustad jurnalistləri və QHT nümayəndələri, vəkillər, ictimai xadimlər, dünyanın hər yerindən öz ölkəsinin müxalifətində təmsil olunan qüvvələrin toplandığı qurultaya Afrikanın 9 min nəfərlik bir qəbilə başçısı da gəlmişdi. Onlar burada Ərdoğan hakimiyyətini devirməyin düsturlarını müzakirə edirdilər.

Yəni Ərdoğan belə güclü liderdir. Azərbaycanda oturub “filankəs başını bağladı”, “filankəs çadra geyindi” deyib statuslar yazmaq olar. Amma bu, o qədər bəsit hərəkətdir ki. Bilmək lazımdır ki, Ərdoğan Türkiyənin tarixini yenidən yazır.

- Bakıya həmişəlik qayıtmaq istəyiniz varmı?

- Bakıya qayıtmağı düşünmürəm. Əksinə, ictimai işlərdən yazmağa vaxt tapa bilmədiyim kitablara başlamaq istəyirəm. Burada məni hər həftə evində, ocağı başında gözləyən insanlar var. Onların probleminin həlli bir neçə ilə düzələcək. Daha sonrasını isə gələcək göstərəcək.

 


Aqşin KƏRİMOV
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İran Avrasiya İttifaqına qoşulur - SƏBƏB, YENİLƏNİB
20.02.2019, 01:05

İran Avrasiya İttifaqına qoşulur - SƏBƏB, YENİLƏNİB

Rusiyadan  ABŞ-a ittiham
20.02.2019, 00:52

Rusiyadan  ABŞ-a ittiham

Prezidentin qardaşı hakim qarşısına çıxarıldı
20.02.2019, 00:33

Prezidentin qardaşı hakim qarşısına çıxarıldı

“Səbail” klubu 2400 manat cərimələndi
20.02.2019, 00:13

“Səbail” klubu 2400 manat cərimələndi

42 il ölmüş kimi qeydiyyatda olan qadın danışdı - VİDEO
19.02.2019, 23:59

42 il ölmüş kimi qeydiyyatda olan qadın danışdı - VİDEO

Bu ölkədə 16 terrorçu zərərsizləşdirildi
19.02.2019, 23:41

Bu ölkədə 16 terrorçu zərərsizləşdirildi

Yanğında 7 uşaq öldü
19.02.2019, 23:28

Yanğında 7 uşaq öldü

Astaradakı “Yanar bulaq” palçıq püskürdü - VİDEO
19.02.2019, 23:14

Astaradakı “Yanar bulaq” palçıq püskürdü - VİDEO

Terror təşkilatının lideri Türkiyədə komaya düşdü
19.02.2019, 22:59

Terror təşkilatının lideri Türkiyədə komaya düşdü

Azərbaycanda münaqişəli ailələrin sayı artır
19.02.2019, 22:41

Azərbaycanda münaqişəli ailələrin sayı artır

Cavanşir Feyziyev: “Kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında cavabdehdir”
19.02.2019, 22:31

Cavanşir Feyziyev: “Kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında cavabdehdir”

Türkiyə hərbçiləri S-400 təlimlərinə başlayıb
19.02.2019, 21:56

Türkiyə hərbçiləri S-400 təlimlərinə başlayıb

12 nəfər qar uçqunu altında qalıb
19.02.2019, 21:38

12 nəfər qar uçqunu altında qalıb

Qubada “Prado” aşdı: 2 nəfər kömək gözləyir
19.02.2019, 21:24

Qubada “Prado” aşdı: 2 nəfər kömək gözləyir

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT PA-da fikirlər səsləndiriləcək” - Bahar Muradova
19.02.2019, 21:10

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT PA-da fikirlər səsləndiriləcək” - Bahar Muradova

Musa Urudun ingilis dilində şeirlər kitabı çap edildi
19.02.2019, 20:57

Musa Urudun ingilis dilində şeirlər kitabı çap edildi

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunda müzakirə
19.02.2019, 20:49

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunda müzakirə

Pakistan Hindistanı dialoqa çağırır
19.02.2019, 20:38

Pakistan Hindistanı dialoqa çağırır

Poçt bağlamalarına 30 faiz vergi qoyuldu
19.02.2019, 20:28

Poçt bağlamalarına 30 faiz vergi qoyuldu

“Avropa İttifaqı Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlıqda maraqlıdır” - Henrik Hololey 
19.02.2019, 20:16

“Avropa İttifaqı Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlıqda maraqlıdır” - Henrik Hololey 

Avstriya ilə iqtisadi əlaqələr müzakirə edildi
19.02.2019, 20:01

Avstriya ilə iqtisadi əlaqələr müzakirə edildi

Ağstafada 2 saylı məktəbdə ana dili günü qeyd olunub
19.02.2019, 19:26

Ağstafada 2 saylı məktəbdə ana dili günü qeyd olunub

Bakıda bu yollarda tıxac var - Rəsmi XƏBƏRDARLIQ
19.02.2019, 19:14

Bakıda bu yollarda tıxac var - Rəsmi XƏBƏRDARLIQ

“O, ölkədən qaçmaq niyyətindədir”- ADU-dan Kamal Abdulla ilə bağlı ittihamlara CAVAB
19.02.2019, 19:02

“O, ölkədən qaçmaq niyyətindədir- ADU-dan Kamal Abdulla ilə bağlı ittihamlara CAVAB

TAP layihəsi 85 faizdən çox icra olunub
19.02.2019, 18:25

TAP layihəsi 85 faizdən çox icra olunub

Netanyahu Putinlə görüşəcək
19.02.2019, 18:09

Netanyahu Putinlə görüşəcək

Muzey ziyarətləri üçün onlayn bilet almaq mümkün olacaq
19.02.2019, 18:01

Muzey ziyarətləri üçün onlayn bilet almaq mümkün olacaq

200 köçkün ailəsinə yeni mənzillər verildi - FOTOLAR
19.02.2019, 17:58

200 köçkün ailəsinə yeni mənzillər verildi - FOTOLAR

Ötən ildən axtarışda olan şəxs saxlanıldı
19.02.2019, 17:54

Ötən ildən axtarışda olan şəxs saxlanıldı

Məmmədyarov Avropa Komissiyasının rəsmisi ilə müzakirə apardı
19.02.2019, 17:38

Məmmədyarov Avropa Komissiyasının rəsmisi ilə müzakirə apardı

Rövşən Rzayev köçkünlərin problemlərini dinlədi
19.02.2019, 17:34

Rövşən Rzayev köçkünlərin problemlərini dinlədi

“Balkanlardakı türklər türkcənin varlığını qoruyur” - MÜSAHİBƏ   
19.02.2019, 17:27

“Balkanlardakı türklər türkcənin varlığını qoruyur” - MÜSAHİBƏ  

Azercell IV Buktreyler Festivalının əsas tərəfdaşıdır
19.02.2019, 17:26

Azercell IV Buktreyler Festivalının əsas tərəfdaşıdır

Koçaryanın oğlu ifadə verməkdən imtina etdi
19.02.2019, 17:22

Koçaryanın oğlu ifadə verməkdən imtina etdi

Manatın sabahkı məzənnəsi dəyişir?
19.02.2019, 17:14

Manatın sabahkı məzənnəsi dəyişir?

Baş redaktor Britaniyanın Bakıdakı səfirliyinə getdi  
19.02.2019, 17:11

Baş redaktor Britaniyanın Bakıdakı səfirliyinə getdi  

İran Avrasiya İttifaqına qoşulacaq
19.02.2019, 17:08

İran Avrasiya İttifaqına qoşulacaq

“Bu tullantılarla dənizlər, göllər, meşələr, çaylar çirklənir”
19.02.2019, 17:05

“Bu tullantılarla dənizlər, göllər, meşələr, çaylar çirklənir”

Azərbaycanla sərhəddə kamikadze öldürüldü
19.02.2019, 16:59

Azərbaycanla sərhəddə kamikadze öldürüldü

Zabit Səmədov: “Çeçen və azərbaycanlılar arasındakı bugünkü görüş dövlət başçılarının təşəbbüsü idi”   
19.02.2019, 16:58

Zabit Səmədov: “Çeçen və azərbaycanlılar arasındakı bugünkü görüş dövlət başçılarının təşəbbüsü idi”  

Rumıniya Cənub Qaz Dəhlizinə qoşulur?
19.02.2019, 16:45

Rumıniya Cənub Qaz Dəhlizinə qoşulur?

Oqtay Şirəliyev ATU-nun yeni Tədris Mərkəzinə gəldi 
19.02.2019, 16:04

Oqtay Şirəliyev ATU-nun yeni Tədris Mərkəzinə gəldi 

Meksika rəsmisi Tərcümə Mərkəzində
19.02.2019, 16:04

Meksika rəsmisi Tərcümə Mərkəzində

“Nar” sosial şəbəkələrdən abunəçilərinə müştəri xidmətləri göstərir
19.02.2019, 16:00

“Nar” sosial şəbəkələrdən abunəçilərinə müştəri xidmətləri göstərir

İlham Əliyevin vəzifə verdiyi diplomat DANIŞDI: “Prezidentin Mərkəzlə bağlı bəzi tapşırıqları var”   
19.02.2019, 15:58

İlham Əliyevin vəzifə verdiyi diplomat DANIŞDI: “Prezidentin Mərkəzlə bağlı bəzi tapşırıqları var”  

ATƏT-in Baş katibi Bakıya gələcək
19.02.2019, 15:48

ATƏT-in Baş katibi Bakıya gələcək

Bakıda beynəlxalq forum işə başlayıb
19.02.2019, 15:47

Bakıda beynəlxalq forum işə başlayıb

UNEC-də “Akademik İngilis dili” kursları başlayacaq
19.02.2019, 15:28

UNEC-də “Akademik İngilis dili” kursları başlayacaq

Anar Kərimov nazir müavini oldu - TƏYİNAT
19.02.2019, 15:25

Anar Kərimov nazir müavini oldu - TƏYİNAT

Dövlət Agentliyi yollardakı son vəziyyəti açıqladı - SİYAHI   
19.02.2019, 15:09

Dövlət Agentliyi yollardakı son vəziyyəti açıqladı - SİYAHI  

ARXİV