Modern.az

Bakıya ilk qar yağıb

Bakıya ilk qar yağıb

7 Noyabr 2011, 10:41

Bölgələrdə güclü qar problemlər yaradıb


Noyabrın 7-də Bakıya ilk qar yağıb. Modern.az saytının məlumatına görə, səhər saatlarında paytaxtın ayrı-ayrı yerlərində yağmağa başlayan sulu qar və qar güclü şimal küləyilə müşayiət olunur.

Azərbaycanın cənub rayonu Lerikin bəzi kəndlərinə isə 15 sm qalınlığında qar yağıb. Leriin Vistən kəndində olan əməkdaşımız. M.Ağaxanovun sözlərinə görə, rayonun dağ kəndlərinə gedən yollar bağlanıb. Kəndlərin işıqları sönüb, yollar bağlandığından rayon mərkəzilə əlaqəkəsilib, bəzi yaşayış məntəqələrində qarın qalınlığı 20 sm-yə çatır.

Quba rayonuna da güclü qar yağıb. Ölkə mətbuatının xəbərlərinə görə, Qubanın dağ kəndlərində qarın qalınlığı 35 sm-ə çatır.

Qar magistral yolun keçdiyi Ağsu aşırımında da vəziyyəti çətinləşdirib. Bununla əlaqədar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. Müraciətdə sürücülərdən xahiş olunub ki, Ağsu aşırımında buzlaşmanın əmələ gəlməsiylə əlaqədar yalnız iki oxu aparıcı olan avtomobillərin hərəkəti tövsiyə olunur. Bir oxu aparıcı olan minik avtomobillərinin oradan hərəkətinin olduqca təhlükəli olduğu bildirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, ölkə ərazisində anomal hava şəraiti noyabrın 9-dək davam edəcək. Noyabrın 7-də anomal kəskin soyuq hava şəraiti davam edəcək. Fasilələrlə yağıntılı olacaq, bəzi yerlərdə intensivləşəcək. Güclü Şimal-qərb küləyi əsəcək.
Bakıda havanın temperaturunun gecə və gündüz 0-4 dərəcə olacağı gözlənilir.

Noyabrın 08-də yarımadanın bəzi yerlərində yağıntılı olacağı, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək.
Havanın temperaturunun gecə 0-2 dərəcə, gündüz 3-5 dərəcə olacağı gözlənilir.

Noyabrın 9-da hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Cənub-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 2-4 dərəcə, gündüz 5-7 dərəcə olacağı gözlənilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər