Modern.az

Bin Ladenin necə öldürülməsinə dair yeni məlumat

Bin Ladenin necə öldürülməsinə dair yeni məlumat

7 Noyabr 2011, 13:27


İngilis qəzeti “Sunday Times” “Əl-Qaidə” lideri Üsamə Bin Ladenin necə öldürüldüyünə dair yeni məlumat yayıb.

Modern.az-ın məlumatına görə, xəbərdə bildirilir ki, Bin Laden Amerikanın xüsusi xidmət qüvvələri tərəfindən həyata keçirilən hücum əməliyyatın 90-cı saniyəsində öldürülüb.

“Sunday Times” əməliyyatda iştirak edən hərbçilərlə müsahibə əsasında yazıb ki, hərbçilərin olduğu helikopter Bin Ladenin Emel adlı arvadı ilə yaşadığı binanın damına enib. Həmin vaxt bir nömrəli terrorçu arvadı ilə ən üst mərtəbədəymiş. Hərbçilər sürətlə onların otağına daxil olarkən Bin Laden həyat yoldaşını sipər edərək əlini AK-47 markalı silahına uzatmağa çalışarkən öldürülüb. Bu, hücumun 90-cə saniyəsində baş verib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir