Modern.az

Hansı deputatın işi sizi qane edir? - IV SORĞU

Hansı deputatın işi sizi qane edir? - IV SORĞU

7 Noyabr 2011, 14:57


2010-cu ilin 7 noyabr seçkiləri nəticəsində formalaşan dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyət göstərməsinin 1 ili tamam olur. Geridə qalan bu 1 il kifayətdir ki, parlamentin işini yaxından izləyən ictimaiyyət nümayəndələrinə, o cümlədən seçicilərə deputatların fəaliyyətinə qiymət verə bilsinlər. Bu müddət ərzində parlamentdə təmsil olunan 125 deputat arasında aktiv fəaliyyət göstərən, seçicilərilə müntəzəm görüşlər keçirən, tez-tez seçicilərinin və ümumən ölkənin problemlərini qaldıran millət vəkilləri də olub, iclaslarda susub danışmayan, müzakirələrə qatılmayan, qanun layihələrinə və digər məsələlərə münasibət bildirməyən, yalnız gündəliyə çıxarılan sənədə səs verməklə kifayətlənən mandat sahibləri də.

Modern.az parlamentin işini yaxından izləyən portal olaraq dördüncü çağırış Milli Məclis üzvlərinin fəaliyyətilə bağlı sorğunu davam etdirir. Bir neçə həftə davam edəcək sorğu müddətində hər dəfə 15 deputatın adını təqdim edib oxucularımızı onların fəaliyyyətinə qiymət verməyə dəvət edirik.

Beləliklə, “Aşağıdakı hansı deputatın işi sizi qane edir” sualını cavablandırmaqla sorğuya qatıla bilərsiniz. Sorğuda iştirak etmək üçün Modern.az saytının əsas səhifəsindəki "Sorğular" bölməsində qeyd olunan cavablardan birini seçmək olar.

Artıq soyadları əlifba sırası üzrə ilk 30 deputatla bağlı sorğunu yekunlaşdırmışıq. Sırada yenə əlifba sırası ilə üçüncü “15-lik”dir. Aşağıdakılardan kimin fəaliyyətini bəyənirsiniz?

1. İsmayıl Hacıyev
2. Sabir Hacıyev
3. Şəmsəddin Hacıyev
4. Fəttah Heydərov
5. İsa Həbibbəyli
6. Qüdrət Həsənquliyev
7. Malik Həsənov
8. Əli Hüseynli
9. Etibar Hüseynov
10. Əliağa Hüseynov
11. Rafael Hüseynov
12. Sevinc Hüseynova
13. Zeynəb Xanlarova
14. Rüstəm Xəlilov
15. Məlahət İbrahimqızı

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi