Modern.az

Mehriban Əliyeva sorğuda qalib gəldi

Mehriban Əliyeva sorğuda qalib gəldi

Parlament

7 Noyabr 2011, 15:13

Modern.az parlamentin işini yaxından izləyən portal olaraq dördüncü çağırış Milli Məclis üzvlərinin fəaliyyətilə bağlı sorğunu davam etdirir. Sorğu müddətində hər həftə 15 deputatın adını təqdim edib oxucularımızı onların bir illik fəaliyyyətinə qiymət verməyə dəvət edirik.

Soyadı əlifba sırası üzrə təqdim olunan üçüncü “15-lik”lə bağlı “Hansı deputatın işi sizi qane edir?” sorğusu da yekunlaşıb. Oxucular bu dəfə də sorğuda çox aktiv iştirak ediblər.

Budəfəki sorğumuzda 14 saylı Xəzər ikinci seçki dairəsindən millət vəkili Mehriban Əliyeva əvvəldən axıradək aşkar üstünlüklə qalib gələrək birinci yeri tutub. Bu həftə sorğumuzda 2000 respondent iştirak edib. Onların 30 faizi Mehriban Əliyevaya səs verib.

Sorğumuz nəticəsində ikinci yerə 22 fazi səslə 92 saylı Zərdab-Ucar seçki dairəsinin deputatı Jalə Əliyeva, üçüncü yerə isə 17 fazi səslə 90 saylı Ağdaş seçki dairəsinin deputat Çingiz Əsədullayev çıxıb.


Nəticələr:

1. Nəriman Əliyev - 1%
2. Rauf Əliyev -  1%
3. Jalə Əliyeva -  22%
4. Kamilə Əliyeva - 12%
5. Mehriban Əliyeva -  30%
6. Əhliman Əmiraslanov - 1%
7. Oqtay Əsədov -  5%
8. Çingiz Əsədullayev - 17%
9. Ziyafət Əsgərov -  4%
10. Arif Əşrəfov - 1%
11. Cavanşir Feyziyev - 1%
12. Nazim Fərəcov - 0%
13. Sevinc Fətəliyeva - 1%
14. Xanlar Fətiyev - 1%
15. Asəf Hacıyev - 0%

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar