Modern.az

Azərbaycan və Ermənistan ziyalıları görüşəcək

 Azərbaycan və Ermənistan ziyalıları  görüşəcək

10 Dekabr 2009, 14:16

Azərbaycan və Ermənistan ictimai xadimlərinin görüşü olacaq. Modern.az-ın məlumatına görə, bu barədə Bakıda  “XXI əsrdə demokratiya ilə bağlı problemlərin həlli” mövzusunda keçirilən konfransda iştirak edən Rusiya prezidenti yanında İctimai palatanın üzvü Yuri Dibladze jurnalistlərə açıqlama verib.  “Rusiya Qarabağ münaqişəsinin tezliklə həllində maraqlıdır, Rusiya üçün onun qonşularının düşmənçilik etməsi arzuolunan deyil”deyən Dibladze əlavə edib ki, Moskva münaqişənin həlli üçün bütün səylərini sərf edir. Onun sözlərinə görə, rusiyalı huquq müdafiəçiləri də Azərbaycan və Ermənistan ictimai xadimləri arasında görüşün  təşkili üçün  maksimum səy göstərməyə hazırdır. 

“Rusiya ATƏT-n Minsk qrupunun həmsədridir və nizamlama prosesində münaqişə tərəfləri qarşısında öhdəliyi var. Buna görə də Rusiya nizamlama prosesində bundan sonra da fəal iştirak edəcək”.  

Qeyd edək ki, Bakıda Kanada və Niderlandın  xarici işlər nazirliklərinin dəstəyi ilə “XXI əsrdə demokratiya ilə bağlı problemlərin həlli” mövzusunda ikigünlük beynəlxalq konfrans keçirlir. Tədbirdə bir ısra ölkələrdən huquq müdafiəçiləri və siyasətçilər iştirak edir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi