Modern.az

“Yeni ixtisaslara ehtiyac yaranacaq” – Ceyhun Bayramov

“Yeni ixtisaslara ehtiyac yaranacaq” – Ceyhun Bayramov

28 Noyabr 2018, 11:00

“Yaxın illərdə əmək bazarında yeni ixtisaslara ehtiyac yaranacaq. Biz də təhsilin keyfiyyətini bu istiqamətdə qurmalı, təmayülləşməyə marağı daha da artırmalıyıq”.

Modern.az xəbər verir ki bu sözləri təhsil naziri Ceyhun Bayramov Azərbaycan müəllimlərinin XV qurultayında çıxışı zamanı deyib.

Nazir bildirib ki, buna görə də, ümumi təhsilin məzmununun təkmilləşdirilməsi, əmək bazarının tələblərinə uyğunlaşdırma və innovasiyaların tətbiqi qarşıda duran vəzifələrdəndir.

“Xüsusən, riyaziyyat, informatika, robototexnika, nanotexnologiyaların tətbiqi prioritet olmalıdır. Təhsilin potensialı müəllimlərin bilik və bacarıqlarından üstün ola bilməz. Buna görə də, müəllimlərin bilik və bacarıqlarının artırılması bu sahədə əsas hədəflər kimi müəyyən edilib”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər