27 mart 2019, Çərşənbə
Ana Səhifə - ÖLKƏ - Arif Əsgərovun oğlu ittihamlardan DANIŞDI: “Bu bir oyundur, bizə ləkə yaxır, şər-böhtan atırlar!”  
Arif Əsgərovun oğlu ittihamlardan DANIŞDI: “Bu bir oyundur, bizə ləkə yaxır, şər-böhtan atırlar!”  
28.11.2018, 14:53

Bəzi KİV-lər bir neçə gündür "Azərbaycan Dəmir Yolları”QSC-nin keçmiş rəisi, sonralar nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovun məhkəmə prosesindən yazır. Həmin yazılarda R.Hüseynovun 4 milyon 300 min manat məbləğində dələduzluqda ittiham olunduğu bildirilir. Məlumata görə, noyabrın 22-də keçirilən sonuncu məhkəmə iclasında ev dustaqlığında olan R.Hüseynov məhkəməyə gəlməyib və qaçıb gizlənib. Buna görə də məhkəmə onun barəsində axtarışa verilməklə həbs qətimkan tədbiri seçib. Qərar icra olunması üçün Daxili İşlər Nazirliyinə göndərilib.


Rahib Hüseynovun anası Lətifə Hüseynova"Kanal 24” internet televiziyasına müsahibəsində deyib ki, dörd gündür oğlu yoxdur.

“Biz kənddə yaşayan adamıq. Bu nə puludu, hara puludu, xəbərimiz yoxdu. Oğlumu itiriblər bilmirik, öldürüblər bilmirik. Yəqin oğurladıblar”- deyə qadın bildirib.

 

"Azərbaycan Dəmir Yolları”QSC-nin keçmiş rəisi, nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərovun oğlu Elnar Əsgərov Modern.az-a ona və ailəsinə qarşı səsləndirilən iddiaları rədd edərək, deyilən fikirlərin  həqiqətə uyğun olmadığını bildirib.

O deyib ki, qohumu Rahib Hüseynovun cinayət işi ilə bağlı istintaq 2 ildən artıqdır ki, davam edir:

“Şikayətçilərin ərizəsi əsasında bu işə baxılır. Rahib Hüseynov Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham olunur. Bildiyimiz kimi, Rahib Hüseynovun balaca qardaşı Emil Hüseynov eyni maddə ilə təqsirləndirilərək, 9 il müddətinə azadlıqdan məhrum edilib. Hadisənin necə  başlanmasına gəlincə isə onu deyə bilərəm ki, Rahib Hüseynovun ailəsi bizim qohumdur.  Bu insanlar bizim ailənin adından istifadə edərək, bir çox şəxsləri aldadıb onlardan külli miqdarda pul vəsaitləri alıblar. Bu yaxınlarda isə axşam saatlarında Rahib Hüseynovun anası Lətifə Hüseynova və atası İsmayıl Hüseynov bizim evimizin qarşısında "Kanal 24” internet televiziyasının müxbirinə müsahibə veriblər. Mən də bununla bağlı Binəqədi rayon 7-ci Polis bölməsinə müraciət etdim. Müraciətimdə bildirdim ki, bu adamlar məni gecə saatlarında narahat edirlər, xahiş edirəm bununla bağlı qanunda nəzərdə tutulmuş qaydada tədbir görəsiniz. Polis bölməsinin əməkdaşları da mənə bildirdilər ki, sizin müraciətiniz araşdırılaraq, məlumat veriləcək. Təəssüf hissi ilə deyirəm ki, həmin o kanal qarşı tərəfin mövqeyini öyrənmədən materialı yayıb. Hesab edirəm ki, bu, düzgün hal deyil”.

 

Elnar Əsgərov deyib ki, Rahib Hüseynovun itməsinə görə anası Lətifə Hüseynova və atası İsmayıl Hüseynov onu günahlandırıb:
 

“Rahib Hüseynov noyabrın 22-də keçirilən sonuncu məhkəmə prosesində iştirak etməliydi. Çox güman ki, o, həmin məhkəmə zamanı həbs olunacağını bilib və prosesə gəlməkdən yayınıb. Bundan sonra isə qaçıb gizlənib. Rahib Hüseynovun harada olmasını anası da bilir, atası da. Həmçinin, bizə yenidən ləkə yaxmaq üçün bu addımı atıblar. Bu insanlar müsahibələrində bizim ailəmizə şər atırlar. Mən istintaqla əməkdaşlıq edərək, bildiyim hər şey barədə məlumat vermişəm. Ondan istintaqa mənim barəmdə verdiyi izahatın sübutunu tələb etmişəm. Heç bir halda isə Rahib Hüseynov yazdığı izahatın sübutunu verə bilməyib. Bu insanlar təkcə bizə deyil, başqalarına da ləkə yaxıb, şər atıblar. Onlar elə bilirlər ki, şər-böhtan atmaqla bu iş həll olunacaq. Rahibin ata və anası bildirir ki, övladlarının heç bir günahı yoxdur. Mən sizi əmin edirəm ki, istintaq ərəfəsində 10-15 nəfərin Rahib Hüseynov və Emil Hüseynov qardaşları barəsindəki ifadəsini görsəniz, onların nə qədər yalan danışdığını bilərsiniz. Onların insanları aldadaraq əldə etdikləri vəsaitlərə görə bir neçə şəxs xəstəlik tapıb, tamamilə həyatları alt-üst olub. Hətta onlar mənim anamı belə, ittiham edirlər. Halbuki, mənim anam onlara analıq edib. Məndə İsmayıl Hüseynovun öz əlyazısı ilə anama yazdığı məktub var.  Həmin məktubda İsmayıl Hüseynov yazıb ki, “sizə qarşı belə hərəkətlər etdiyimizə görə bizi bağışlayın”. Ancaq indi isə bu insanların hansı mövqedən çıxış etdiyini bilmək olmur. Həmin o 4 - 5 sətirdən ibarət olan məktubu göstərə də bilərəm”.

 

Elnar Əsgərov bildirib ki, istintaq dövründə hər bir məqam, fakt araşdırılaraq sübuta yetirilib.

“Bu iki il ərzində yetəri qədər suallar olub və onlara cavab da tapılıb. İstintaq tam şəffaf şəkildə həyata keçirilib. Bütün detallar tam şəkildə araşdırılıb. Mənim müsahibə verməyimdə əsas məqsəd isə ondan ibarətdir ki, insanlar bu işə birtərəfli qaydada baxmasınlar. Oxuculara  bildirmək istəyirəm ki, bizim haqqımızda səsləndirilən fikirlərin hamısı ləkədir, şərdir. Bu, bir oyundur. Mənim əsas məqsədim, ailəmin adının bu işdə hallanmamasıdır. Rahib Hüseynova hansı maddə ilə hökm oxunacaq, neçə il iş veriləcək, bu artıq məhkəmənin qərarından asılı olacaq. Bunun mənə aidiyyatı yoxdur və maraqlandırmır da. Mən bir daha bütün şəxslərdən xahiş edərdim ki, bu işə birtərəfli qaydada baxmasınlar. Çünki bu insanları tanıyanlar da bilir ki, onlar yalan danışırlar. Bizə qarşı səsləndirilən fikirlərin hamısı şər və ləkədir”.

 

Qeyd edək ki, Rahib Hüseynov eyni maddə ilə təqsirləndirilərək, 9 il müddətinə azadlıqdan məhrum edilən Emil Hüseynovun qardaşıdır. İttihama görə, E.Hüseynov Gürcüstandan izolyasiya və digər materiallar gətirmək adı ilə Emil Məmmədovdan 2 milyon 500 min dollar, Tural Hüseynovdan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat və Mərziyyə Rzayevadan isə 19 500 manat pul alaraq, dələduzluq yolu ilə mənimsəyib. 


Mirmahmud KAZIMOĞLU
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Əfqanıstan Pakistandakı səfirini geri çağırıb
27.03.2019, 00:54

Əfqanıstan Pakistandakı səfirini geri çağırıb

Bakı-Tbilisi-Qars sərnişin qatarı Gürcüstanda test olunur
27.03.2019, 00:44

Bakı-Tbilisi-Qars sərnişin qatarı Gürcüstanda test olunur

Azərbaycanlıların soyqırımı günündə erməni təxribatı - FOTO
27.03.2019, 00:28

Azərbaycanlıların soyqırımı günündə erməni təxribatı - FOTO

Belarus-Rusiya münasibətlərində gərginlik
27.03.2019, 00:13

Belarus-Rusiya münasibətlərində gərginlik

Ərdoğanın təşəbbüsü YUNESKO-da müzakirə ediləcək
26.03.2019, 23:55

Ərdoğanın təşəbbüsü YUNESKO-da müzakirə ediləcək

Təhsil ekspertindən REKTORA: “Şəxsi qazanc gözlərini elə tutub ki...”
26.03.2019, 23:37

Təhsil ekspertindən REKTORA: “Şəxsi qazanc gözlərini elə tutub ki...”

“Komanda psixoloji cəhətdən çox yorğun idi” – Baş məşqçi
26.03.2019, 23:14

“Komanda psixoloji cəhətdən çox yorğun idi” – Baş məşqçi

Azərbaycan nefti bahalaşıb
26.03.2019, 22:57

Azərbaycan nefti bahalaşıb

Qanunu pozan suriyalılar Türkiyədən çıxarılacaq
26.03.2019, 22:41

Qanunu pozan suriyalılar Türkiyədən çıxarılacaq

Bakıda 19 yaşlı qız itkin düşüb - FOTO
26.03.2019, 22:27

Bakıda 19 yaşlı qız itkin düşüb - FOTO

Paşinyan naziri Moskvaya göndərib - SƏBƏB
26.03.2019, 22:13

Paşinyan naziri Moskvaya göndərib - SƏBƏB

Mişel Obama dünyanın ən populyar memuarını yazıb: 5 ayda 10 milyon satış
26.03.2019, 21:56

Mişel Obama dünyanın ən populyar memuarını yazıb: 5 ayda 10 milyon satış

Bir ayda 141 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmadı
26.03.2019, 21:41

Bir ayda 141 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmadı

Qara Qarayev prospekti sabah da nəqliyyat üçün qapalı olacaq
26.03.2019, 21:24

Qara Qarayev prospekti sabah da nəqliyyat üçün qapalı olacaq

Xətaidə zenit top mərmisi aşkarlandı
26.03.2019, 21:16

Xətaidə zenit top mərmisi aşkarlandı

Gəncədə avtoxuliqanlıq edən gənclər tutuldu - FOTO
26.03.2019, 20:59

Gəncədə avtoxuliqanlıq edən gənclər tutuldu - FOTO

Azərbaycan Ordusunun əsgəri şəhid oldu - FOTO
26.03.2019, 20:44

Azərbaycan Ordusunun əsgəri şəhid oldu - FOTO

Polis hava limanında həmkarını güllələdi
26.03.2019, 20:27

Polis hava limanında həmkarını güllələdi

ABŞ İrana qarşı sanksiyalarını genişləndirib
26.03.2019, 20:16

ABŞ İrana qarşı sanksiyalarını genişləndirib

“Mülki geyimli şəxslər FHN-nin növbədən çıxan əməkdaşları olub” - FHN rəsmisi
26.03.2019, 20:01

“Mülki geyimli şəxslər FHN-nin növbədən çıxan əməkdaşları olub” - FHN rəsmisi

“Əli İnsanovla görüşüb, müzakirə aparmışıq” - Eldar Namazov
26.03.2019, 18:14

“Əli İnsanovla görüşüb, müzakirə aparmışıq” - Eldar Namazov

“Qarabağ qaziləri”nə yeni sədr seçildi
26.03.2019, 18:03

“Qarabağ qaziləri”nə yeni sədr seçildi

İsveçdə “Tumurcuq” teatrının açılışı oldu   
26.03.2019, 17:49

İsveçdə “Tumurcuq” teatrının açılışı oldu  

Fransa mətbuatı Mehriban Əliyevanın səfərindən yazdı
26.03.2019, 17:40

Fransa mətbuatı Mehriban Əliyevanın səfərindən yazdı

Prezident metronun “Bakmil” stansiyasına getdi - FOTOLAR - YENİLƏNİB
26.03.2019, 17:26

Prezident metronun “Bakmil” stansiyasına getdi - FOTOLAR - YENİLƏNİB

Qarabağ Azadlıq Təşkilatı mitinq qərarı verdi
26.03.2019, 17:19

Qarabağ Azadlıq Təşkilatı mitinq qərarı verdi

Trampın Colan təpələrinə “qol qoyması” Qarabağın “gülünü açır”
26.03.2019, 17:05

Trampın Colan təpələrinə “qol qoyması” Qarabağın “gülünü açır”

Tereza Mey sabah istefa verəcəyi tarixi açıqlayacaq
26.03.2019, 16:34

Tereza Mey sabah istefa verəcəyi tarixi açıqlayacaq

FHN rəsmisi: “İlkin məlumata görə, “Diqlas”dakı yanğın gül dükanından başlayıb”
26.03.2019, 16:23

FHN rəsmisi: “İlkin məlumata görə, “Diqlas”dakı yanğın gül dükanından başlayıb”

Qonşusunun itini güllələdi, polisə düşdü
26.03.2019, 16:15

Qonşusunun itini güllələdi, polisə düşdü

Peyğəmbərin həyatı haqda kitabın tərcüməçisi İsa Əliyevin anım günü yaxınlaşır
26.03.2019, 16:05

Peyğəmbərin həyatı haqda kitabın tərcüməçisi İsa Əliyevin anım günü yaxınlaşır

1990-cı ildə Ermənistan Azərbaycana necə hucum etmişdi? - Şeyxin atdığı mandat, deputatların qəzəbli müraciəti - FOTO 
26.03.2019, 15:52

1990-cı ildə Ermənistan Azərbaycana necə hucum etmişdi? - Şeyxin atdığı mandat, deputatların qəzəbli müraciəti - FOTO 

26.03.2019, 15:42

"Ticarət mərkəzinin rəhbərliyi təhlükəsizlik qaydalarına əməl etməyib" - Nazirlik rəsmisi

Nazirliyin işçiləri üçün xarici dil kursları təşkil olunub
26.03.2019, 15:32

Nazirliyin işçiləri üçün xarici dil kursları təşkil olunub

Bu gün Avro-2020-nin seçmə mərhələsində II tura yekun vurulacaq - TƏQVİM
26.03.2019, 15:27

Bu gün Avro-2020-nin seçmə mərhələsində II tura yekun vurulacaq - TƏQVİM

23 mindən çox abituriyent elektron ərizəsini təsdiq edib
26.03.2019, 15:14

23 mindən çox abituriyent elektron ərizəsini təsdiq edib

Sərdar Cəlaloğlu: “Nemət Pənahlının ziqzaqvari hərəkətləri hamıya məlumdur”
26.03.2019, 15:05

Sərdar Cəlaloğlu: “Nemət Pənahlının ziqzaqvari hərəkətləri hamıya məlumdur”

Nemət Pənahlı Azərbaycan Xalq Hərəkatından niyə uzaqlaşdırılıb? - “Açıqlama vermək fikrim yoxdur”   
26.03.2019, 14:54

Nemət Pənahlı Azərbaycan Xalq Hərəkatından niyə uzaqlaşdırılıb? - “Açıqlama vermək fikrim yoxdur”  

Bakıda orta məktəbdən oğurluq oldu
26.03.2019, 14:25

Bakıda orta məktəbdən oğurluq oldu

Zabratda avtomobil piyadanı vurub
26.03.2019, 14:15

Zabratda avtomobil piyadanı vurub

“O sahibkarların zərərini kim ödəməlidir?”
26.03.2019, 14:05

“O sahibkarların zərərini kim ödəməlidir?”

Müəllim qəza törədib, 14 yaşlı yeniyetmə ölüb
26.03.2019, 13:55

Müəllim qəza törədib, 14 yaşlı yeniyetmə ölüb

Uşaqlara qazlı su içirtməyin!
26.03.2019, 13:45

Uşaqlara qazlı su içirtməyin!

Gəncədə 19 yaşlı qız bıçaqlandı
26.03.2019, 13:36

Gəncədə 19 yaşlı qız bıçaqlandı

Tələbələr dəhşətli qəzaya düşdülər - 5 nəfər öldü
26.03.2019, 13:25

Tələbələr dəhşətli qəzaya düşdülər - 5 nəfər öldü

Novruz tətilindən sonrakı ilk iş gününün hava PROQNOZU
26.03.2019, 13:16

Novruz tətilindən sonrakı ilk iş gününün hava PROQNOZU

Nazirlik yanmış “Diqlas”ı sökür - AÇIQLAMA
26.03.2019, 13:05

Nazirlik yanmış “Diqlas”ı sökür - AÇIQLAMA

“Yanğın baş verən ərazidə oğurluq və soyğunçuluq halı qeydə alınmayıb” - Oruc Zalov
26.03.2019, 12:55

“Yanğın baş verən ərazidə oğurluq və soyğunçuluq halı qeydə alınmayıb” - Oruc Zalov

İraqlı şagird: “Bakıdan müsbət enerji aldım”
26.03.2019, 12:46

İraqlı şagird: “Bakıdan müsbət enerji aldım”

26.03.2019, 12:37

"Malları yanan iki sahibkarın  səhhəti pisləşib" - SƏHİYYƏ NAZİRLİYİ

ARXİV