Modern.az

Azərbaycan-Fransa əlaqələrinin inkişafında önəmli rol oynayan 20 yaşlı təşkilat - FOTOLAR

Azərbaycan-Fransa əlaqələrinin inkişafında önəmli rol oynayan 20 yaşlı təşkilat - FOTOLAR

Diaspor

29 Noyabr 2018, 00:48

Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyasının (ADA) yaradılmasının 20 illiyinə həsr olunan təntənəli yubiley gecəsi keçirilib. Assosiasiyadan Modern.az-a verilən məlumata görə, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə həyata keçirilən yubiley mərasimində Fransa Parlamentinin üzvləri, ictimai-siyasi, mədəniyyət və incəsənət xadimləri, assosiasiyanın üzvləri və digər qonaqlar iştirak ediblər.

 

Yubiley gecəsini giriş sözu ilə açan Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel (Jean-François Mancel)   assosiasiyanın gördüyü işlər və gələcək fəaliyyəti barədə mərasim iştirakçılarına məlumat verib. O bildirib ki, assosiasiyanın əsas məqsədi Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini təbliğ etməkdir. Fransanın müxtəlif şəhərlərində il ərzində həyata keçirilən bir sıra maraqlı və uğurlu layihələr Azərbaycana olan marağı daha da artırır, Fransada tanınmasına köməklik edir. Jan Fransua Mansel gələn qonaqlara bu maraq üçün və Azərbaycanın dostlarına hər zaman Azərbaycanı dəstəklədikləri üçün öz təşəkkürünü bildirib.

 

 

Daha sonra Fransada Azərbaycanın Dostları Assosiasiyasının yaradıcısı, Azərbaycanda Fransanın ilk səfiri olmuş Jan Perən (Jean Perin) qonaqlara 20 il bundan öncə assosiasiyanın yaradilmasından söhbət açıb. Səfir bildirib ki, o dönəmdə Fransada Azərbaycanın kifayət qədər tanınmaması, iki ölkə arasında olan münasibətlər, həmçinin Fransadakı erməni diasporasının yaratdığı maneələr assosiasiya fəaliyyətinin çətinləşməsinə səbəb olurdu. O, hal-hazirda Fransada Azərbaycanın dostlarının çoxalmasında, iki ölkə arasında münasibətlərin lazımi səviyyədə inkişaf etməsində və Azərbaycanın artıq Fransada tanınmasında Assosiasiyanın özünəməxsus rolu olduğunu geyd edib.

 

 

Yubiley gecəsi Azərbycan milli musiqisindən ibarət konsert ilə davam edib. Fransada yaşayan gənc nəfəs alətləri ifaçısı Səddam Novruzbəyovun rəhbərliyi ilə, gitarada Əmrah Kaptan, zərb alətlərində Nağib, muğam və xalq mahnılarımızı ifa ediblər. Konsert proqramında balaban, tütək, zurna və klarnetdə ifa olunan “Bayatı - Şiraz“, “Segah“, "Sari gelin" milli rəqs musiqilərimizdən “Çoban rəqsi“, “Vağzalı“, “Tərəkəmə" dinləyicilərin böyük rəğbəti ilə qarşılanıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?