Modern.az

ABŞ Ermənistana və separatçılara maliyyə yardım ayırdı

ABŞ Ermənistana və separatçılara maliyyə yardım ayırdı

10 Dekabr 2009, 14:23

Amerika Senatı və Nümayəndələr Palatası Ermənistana 41 milyon dollar həcmində iqtsadi yardım ayırıb. Amerika qanunvericiləri separatçı rejimi də yaddan çıxarmayıb. Modern.az-ın Ermənistan mətbuatına istinadən yaydığı məlumata görə, iqtisadi yardım  proqramı çərçivəsində  separatçı “DQR” 6 milyon dollar alacaq.

  

2010-cü il üçün yardımlar proqramı Senat və Nümayəndələr palatasının müvafiq qurumları arasında razılaşdırılıb.  Məlumata görə, Nümayəndələr palatası əvvəlcə Ermənistana 48,  separatçı rejimə 10 milyon dollar ayırmağı təklif  edib. Senat isə Ermənistana yardımı 30 milyon dollara qədər azaldıb.

 

Amerika Erməni Milli Komitəsi yardımların əldə olunmasında konresmenlər Adam Şiff, Mark Kirk, Stiv Rotman, Cessi Cekson, Stiv İsrael və Frenk Lobiondun əməyi olduğunu qeyd edir. 

  

Komitə sədri Aram Xamparyan Azərbaycan və Ermənistan arasında hərbi tarazlığın  qorunub saxlanmasında və “DQR”-ə yardımların ayrılmasında Senata minnətdarlıq edib.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir