Modern.az

Tanınmış fotojurnalist vəfat edib

Tanınmış fotojurnalist vəfat edib

Allah rəhmət eləsi̇n

29 Noyabr 2018, 11:59

“Xalq qəzeti”nin fotoqrafı Rafiq Salmanov vəfat edib. Modern.az-ın məlumatına görə, bu barədə qəzetin əməkdaşları xəbər veriblər.

70 yaşında dünyasını dəyişən Rafiq Salmanovun cənazəsi dəfn olunmaq üçün Şabran rayonuna yola salınıb. Həmkarları bildiriblər ki, R.Salmanov Bakıda doğulub böyüsə də, dədə-baba yurdunda - Şabran rayonunun Pirəbədil kəndində dəfn olunmaq istəyirmiş.

Qeyd edək ki, R.Salmanov "Azərbaycan pioneri", "Vışka", "İdman" qəzetlərində, "Azərbaycan qadını" jurnalında işləyib.

Veteran fotojurnalist 20 ildən çoxdur ki, "Xalq qəzeti" redaksiyasında çalışırdı, dörd kitab müəllifidir. 

Allah rəhmət eləsin!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır