Modern.az

Paşinyan Qarabağdakı erməniləri HƏDƏLƏDİ

Paşinyan Qarabağdakı erməniləri HƏDƏLƏDİ

29 Noyabr 2018, 16:10

Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycanla həmsərhəddə yerləşən Çəmbərək şəhərində seçiciləri ilə görüşü zamanı Dağlıq Qarabağdakı qondarma rejimi sərt tənqid edib və hədələyib.

 

Bu haqda Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir. 

 

N.Paşinyan Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələrinin Ermənistandakı siyasi proseslər barədə tez-tez şərhlər verməsinə hiddətlənib. 

"Məni ittiham etdilər ki, bax hakimiyyətə gəldim və Qarabağ satıram".


Paşinyan Dağlıq Qarabağdakı qondarma rejimin "prezidenti" Bako Saakyanın mətbuat katibi David Babayanı da hədəf alıb. 

 

Onu hiddətləndirən isə Babayanın Paşinyanın öz oğlunu Qarabağa hərbi xidmətə göndərdiyini xatırlatmasını “spekulyasiya” adlandırmasıdır.

 

“Mən Dağlıq Qarabağ nümayəndələrinin fəallığını başa düşmürəm. Onlar niyə fəallaşıblar? Nəyə görə Ermənistandakı parlament seçkiləri ilə bağlı təbliğat kampaniyasında öz iştiraklarını bu cür büruzə verirlər?”-Paşinyan deyib.

 

Nikol Paşinyan David Babayanın özünü “qeyri-korrekt” apardığını və səlahiyyətlərini aşdığını bildirib:

 

“Cənab Bako Saakyan, sizi nazirlər kabinetinizin nümayəndələrini özlərini abırlı aparmağa dəvət etməyə və onları işə göndərməyə çağırıram. Nəyə görə Qarabağın “prezidentinin” mətbuat katibi mənim açıqlamalarımı şərh etməlidir? Mənim mətbuat katibim Qarabağdakı məlum olan və olmayan hadisələri şərh etsə, nə olacaq? Bunun nəticələrini və hansı fəsadlar doğuracağını təsəvvür edirsiniz? Özünüzə gəlin və öz işinizlə məşğul olun. Əlbəttə, mən sizinlə müzakirələr aparacağam, amma artıq seçkilərdən sonra. Ona qədər isə təkrar edirəm, öz işinizlə məşğul olun!”. 

Qeyd olunur ki, Ermənistanın müstəqilliyi dövründə ölkə rəhbərliyi Qarabağ separatçıları ilə ilk dəfədir belə açıq şəkildə və hədələyici tonda danışır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir