Modern.az

Azay Quliyevin təqdim etdiyi YENİLİKLƏR - QHT-lərin Şura ilə əməkdaşlığı asanlaşacaq  

Azay Quliyevin təqdim etdiyi YENİLİKLƏR - QHT-lərin Şura ilə əməkdaşlığı asanlaşacaq   

29 Noyabr 2018, 17:42

Ötən gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev 2019-cu ildən etibarən Şurada tətbiq ediləcək yeni 8 yeni xidmət barədə məlumat verib. 

Maraqlıdır, bu yeniliklər QHT sektoruna necə təsir edəcək?


Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Modern.az-a bildirib ki, Şurada əvvəllər də elektron xidmətlər mövcud idi. 

“Layihələr neçə illərdir e-qht.az saytından qəbul edilirdi. İndi xidmətlərdə bəzi yeniliklər olub. Bu yenilikləri Şura sədri şərti olaraq 8 yenilik kimi təqdim etdi. Bu yeniliklərdən sonra QHT-lərin Şura ilə əməkdaşlığı asanlaşacaq. Əvvəllər apelyasiya şikayətləri verirdilər, amma müəyyən problemler olurdu, gələ bilmirdilər. İndi şikayətlərə onlayn baxılacaq, artıq məsafələr qət edib gəlmələrinə ehtiyac olmayacaq. Eləcə də həftənin müəyyən günlərində videogörüşlər təşkil olunacaq. Verilən suallara real vaxt rejimində cavab veriləcək. Bunlar hamısı QHT-lərin işini asanlaşdıracaq. Bununla yanaşı, QHT-lərin məsuliyyəti də artacaq. Artıq hesabatını vaxtında verməyən QHT-yə xəbərdarlıq ediləcək, əgər qeyd edilən vaxt ərzində hesabat verməzlərsə, müəyyən sanksiyalar olacaq. Bu yeniliklər QHT-lərin inkişaf etməsi üçün hesablanıb”.

 

S.Məmmədov deyib ki,  QHT-lərə Dövlət Dəstəyi Şurası QHT-lərə məhdud maliyyə çərçivəsində nə kömək edə bilirsə, onu asan yolla verməyə çalışır.

“Şura Azərbaycanda o baxımdan yeganə donordu ki, tək maliyyə yardımı vermir, həm də QHT-lərə dövlət dəstəyi göstərir. Dəstəyin 5 növündən yalnız biri maliyyədir. QHT-lərə metodiki yardım göstərilir, təlimlər keçilir, texniki yardımlar gerçəkləşdirilir və s. Yəni Şura yalnız maliyyə verən fond deyil, məqsəd QHT-lərə hərtərəfli dəstək göstərməkdir. Yeniliklər də hərtərəfli dəstəyin bir formasıdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi