Arxiv
30 Noyabr 2018, 11:15 | REPORTAJ
Dekabrın hava proqnozu açıqlandı  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Modern.az-a verdiyi məlumata görə, dekabr ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın, ayrı-ayrı dövrlərdə isə arktik hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində  normadan  aşağı olacağı gözlənilir. Aylıq yağıntının miqdarının  iqlim normasına yaxın, bəzi rayonlarda  isə bir qədər çox olacağı  ehtimal olunur.

         
Birinci ongünlüyün birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir.

 

Bakıda və Abşeron yarımadasında


Orta aylıq temperaturun 5-7 dərəcə isti (gecələr 3-8, bəzi günlərdə 0 dərəcəyə yaxın,  gündüzlər 8-13, bəzi günlərdə 3-6 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.    

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı  (norma 24-34 mm) gözlənilir.

 

Naxçıvan Muxtar Respublikasında


Orta aylıq temperaturun 0-5 dərəcə şaxta (gecələr 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 12-17 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə  0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın  olacağı  (norma 14-35 mm) gözlənilir.

 

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında

 
Orta aylıq temperaturun 1-4 dərəcə isti (gecələr 0-5, bəzi günlərdə 7-10 dərəcə şaxta, gündüzlər 2-7 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 27-53 mm) olacağı gözlənilir.

 

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında


Orta aylıq temperaturun 1-4 dərəcə isti (gecələr 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, bəzi günlərdə 4-6 dərəcə şaxta, gündüzlər 6-11, bəzi günlərdə 1-3 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə aşağıdır.  

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (13-32 mm) olacağı gözlənilir.

 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında


Orta aylıq temperaturun 1-4 dərəcə isti (gecələr 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 5-10, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüzlər 5-10, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı  (norma 24-48 mm) gözlənilir.

 

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında


Orta aylıq temperaturun 2-6 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 1-5 dərəcə şaxta,  gündüzlər 6-11,  bəzi günlərdə 14 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 16-32 mm) olacağı gözlənilir.

 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında


Orta aylıq temperaturun 3-6 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 1-4, dağlarda 5-10 dərəcə şaxta, gündüzlər 6-10, bəzi günlərdə 13 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 45-106 mm) gözlənilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İqbal Ağazadə müxalifət lideri olmaq İSTƏMİR 22 Aprel 2019, 16:46 Gülüşdən ciddiyyətə - Dövlət başçısı seçilən YUMORİSTLƏR 22 Aprel 2019, 16:45 Dillər Universitetinin Filologiya və Jurnalistika fakültəsinə yeni dekan təyin edildi 22 Aprel 2019, 16:40 Qazaxda yol tikintisinə 6,8 milyon manat ayrıldı 22 Aprel 2019, 16:37 Astarada heyvanlar peyvəndləndi 22 Aprel 2019, 16:37 “Lenin hamımızın babası olub!” - Tanınmışlar proletariatın rəhbərini belə XATIRLADILAR 22 Aprel 2019, 16:34 “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunun finalı keçirildi  22 Aprel 2019, 16:32 Nazirlik it dişləmələri ilə bağlı müraciət yaydı: “Quduzluq 100% ölümlə nəticələnir!” 22 Aprel 2019, 16:03 Psixoloq onu qınayanlara cavab verdi 22 Aprel 2019, 16:03 Baytarlıq Xidmətindən qoyunlar və keçilərlə bağlı XƏBƏRDARLIQ 22 Aprel 2019, 15:56 Hanoyda AZƏRTAC və Yonhap informasiya agentliklərinin rəhbərləri görüşdü 22 Aprel 2019, 15:50 Deputat Siyəzəndə şəhid ailələri ilə görüşdü   22 Aprel 2019, 15:32 Həkimin səhvi jurnalistin gözünün tutulması ilə nəticələnib 22 Aprel 2019, 15:27 Məmmədyarov missiyası başa çatan səfiri qəbul etdi 22 Aprel 2019, 15:27 ABŞ səfiri Dillər Universitetində olub   22 Aprel 2019, 15:24 Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı birinci oldu 22 Aprel 2019, 15:21 “Azərsu” yeni elektron xidmət istifadəyə verdi   22 Aprel 2019, 15:16 Makedoniyanın Universitet rektoru Azərbaycana gəlir 22 Aprel 2019, 15:11 İşə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanıldı 22 Aprel 2019, 15:11 Heydər Əliyev Fondu it dişləyən uşağın müalicəsinə dəstək verəcək   22 Aprel 2019, 15:09 Deputat Rüstəm Xəlilov: “İslahatlar Azərbaycanın sabahına hesablanıb” 22 Aprel 2019, 14:59 Şri-Lankadakı dəhşətli terroru hansı qruplaşma törədib? 22 Aprel 2019, 14:43 Lələtəpədə şəhid olan döyüşçülərin xatirəsi anıldı - FOTOLAR 22 Aprel 2019, 14:40 Azərbaycanəsilli Amerika yazıçısının kitabı nəşr olundu 22 Aprel 2019, 14:39 Gənclər Lenini necə tanıyır? 22 Aprel 2019, 14:33 Erməni general Manvel Qriqoryan həbsdə qalacaq 22 Aprel 2019, 14:22 Tahir İmanov arzusuna çatdı - Mərkəzi küçəyə babasının adı verildi 22 Aprel 2019, 14:15 Ukraynada seçkiləri izləyən deputat: “Problem qeydə alınmayıb” 22 Aprel 2019, 13:54 Danimarkanın ən zəngin adamı terror aktında 3 övladını itirdi   22 Aprel 2019, 13:48 İlham Əliyev Şri-Lanka Prezidentinə başsağlığı verdi 22 Aprel 2019, 13:38