Modern.az

“Eyni mənzilin bir neçə şəxsə satılmasında təkcə sahibkar məsuliyyət daşımır” - Deputat

“Eyni mənzilin bir neçə şəxsə satılmasında təkcə sahibkar məsuliyyət daşımır” - Deputat

30 Noyabr 2018, 14:12

“Azərbaycanda ən ciddi problem yeni tikilən mənzillərlə bağlıdır. Bu vaxta qədər tikilən binalarda hər hansı məsələ ilə bağlı sakinlər söz sahibi deyil”.

 

Modern.az-ın məlumatına görə, bunu deputat Fazil Mustafa Milli Məclisdə “Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

 

Fazil Mustafa mənzil fırıldaqçılığında bütün məsuliyyətin sahibkarın üzərində qalmasının doğru olmadığını bildirib.

 

“Sahibkarın boynuna o qədər yük qoyular ki, onlar on illərlə gəlir götürmür. Bununla yanaşı, eyni mənzilin bir neçə şəxsə satılmasında təkcə sahibkar məsuliyyət daşımır. Həmin sahibkara yenidən bu işlə məşğul olmağa imkan yaradılır. Hərənin bir himayəçisi olanda nə olar ki? Mənzilinin pulunu verən hər kəs mülk sahibi olmalıdır. Mənzil firıldaqçılığı aradan qaldırmaq üçün bu, şərtdir.

 

Onsuz da bina tikiləndən sonra liftin, mərtəbələrin təmirini də mənzil sahibləri edir. Hesab edirəm ki, kosmetik dəyişikliklə məsəli həll edə bilmərik. Daha ciddi təkliflər irəli sürməliyik”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?