Modern.az

Sadə və təvəzökar professor - Abbasqulu Nəcəfzadə  

Sadə və təvəzökar professor - Abbasqulu Nəcəfzadə   

1 Dekabr 2018, 09:38

Abbasqulu Nəcəfzadənin xüsusi təqdimata ehtiyacı yoxdur. Sənətşünaslıq elmləri doktoru, professor - bunlar Onun elmi fəaliyyətində qazandığı uğurlardır. Onun necə sənətkar, necə müəllim olduğuna da toxunmaq istəmirəm, bu barədə tələbələri, Onunla çiyin-çiyinə çalışan alim yoldaşları daha yaxşı münasibət bildirə bilər...

Mən Onun necə dost, yoldaş olduğu barədə az da olsa məlumat vermək istəyirəm. Əvvəla onu deyim ki, Abbasqulu müəllim indiyədək gördüyüm professorlardan çox seçilir. Amerika alimləri kimi sadə, təvəzökar, xalqın-millətin içində olmağı, sözün düzünü deməyi, hadisələrə düzgün qiymət verməyi, məişətdə heç kimdən fərqlənməməyi çox xoşlayır...

Elinə-obasına bağlı adamdır, illərlə Bakıda yaşayıb yaratsa da Xızı ilə nəfəs alır, Xızıdan ilhamlanır. Necə deyərlər, əslini-nəslini dananlardan deyil...

İmanlı müsəlmandır, namazdan-orucdan heç vaxt qalmaz. Həcc ziarətində olub...

Mükəmməl yoldaşlığı var. Şirin zarafatları, məzəli söhbətləri, məntiqi, səmimi rəftarı, səxavəti, davranışı, təmkini ilə yoldaşlıqda çox fərqlənir. Mən Onunla ABŞ-ın İndiana ştatını gəzib dolaşanda bunların şahidi olmuşam...

Dostu Allahın lütfü, Allahdan gələn ərməğan hesab edir...

Dostluqda çox sədaqətlidir. İllərdir ki, dostu, rəhmətlik Nizami Rəmzinin irsini təbliq edir, unudulmağa qoymur...

Əgər Abbasqulu Nəcəfzadəni el dilində bir neçə sözlə ifadə etmək lazım gələrsə, Onun haqqında ancaq bunu demək olar: - Abbasqulu canlara dəyən, əsl kişi oğlu kişidir!..

Dekabrın 1-i Abbasqulu müəllimin doğum günüdür. Onu bir dost kimi təbrik edir, Ona möhkəm can sağlığı, firəvan həyat, yaradıcılıq uğurları arzulayıram.
Doğum gününüz mübarək, hörmətli professor!

Hörmətlə,
ABŞ-dan Elman Eldaroğlu

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır