Modern.az

Qatı duman səbəbindən avtomagistralda hərəkət dayandı

Qatı duman səbəbindən avtomagistralda hərəkət dayandı

1 Dekabr 2018, 23:28

Qatı duman səbəbindən avtomagistralda hərəkət dayandırıldı. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Çinin Anxoy vilayətində qeydə alınıb. Müşahidə olunan qatı duman səbəbindən 22 avtomagistralda nəqliyyatın hərəkəti dayandırılıb.

 

Məlumata görə, bu barədə qərar dumanlı hava şəraitində gözlə görmə məsafəsi 100 metrdən az olduğu üçün qəbul olunub.

 

Vilayətin inzibati mərkəzi olan Xıfey şəhərində bütün avtomagistrallara giriş gecə saat 2-dən bağlı elan olunub. Buna görə də avtomobillərin uzun növbəsi yaranıb. Yol polisi gücləndirilmiş iş rejiminə keçib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər