16 fevral 2019, Şənbə
Ana Səhifə - CƏMİYYƏT - Gənc qızların “ər axtarıram” mesajlı statusları – İFRAT MÜASİRLİK
Gənc qızların “ər axtarıram” mesajlı statusları – İFRAT MÜASİRLİK
02.12.2018, 16:15

Müasirlik, azadlıq deyərkən, sanki bəzi dəyərlərimizi də itirməkdəyik. Bir vaxtlar hamilə qadınlar qayınata, qayın və digərlərinin yanında çox görünməməyə çalışardısa, indi USM-nin cavabını sosial şəbəkələrdə paylaşırlar. Hələ nənələr subay qızlara “ərə gedəcəksən, yoxsa gora” sualını verəndə, utandıqlarından “gora” deyə cavab verərdilər. İndi isə ərə olan həvəs onları hətta sosial şəbəkələrdə status yazmağa, “ər ovuna” çıxmağa vadar edir. Dindirsən “ərə getmək nədir, mənim 30-35 yaşına qədər ərə getmək fikrim yoxdur” desələr də, fikirlərilə etdikləri uzlaşmır. Hətta bəzi anaların “filankəs ikinci dəfə ərə getdi, sən özünə bir oğlan tapa bilmirsən” tənəsi gənc qızların yanlış addım atmasına səbəb olur. Əksəriyyəti də müasirlik adı ilə abırsızlığı cəmiyyətə sırımağa çalışır. Əks münasibət göstərənləri isə “geri kafalı”, “köhnə fikirli” adlandırırlar. Nədir dəyərlərimizin dəyərsizləşməsi səbəbləri?

 

“Mənim yaşda olanlar üçün bu, qəbuledilməzdir”

 

Məsələ ilə bağlı Modern.az-a danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bu kimi halların qəbuledilməz olduğunu bildirir:

“Hər ölkənin özünün davranış modeli var. Adətən mənim yaşda olanlar üçün bu cür hallar bir az təəccübblü gəlir. Qadın adətən kiminsə ona evlənmək təklifini gözləməlidir, özü kiməsə bunu təklif etməməlidir. Qadın tərəfindən təklifin verilməsi qəti qəbulolunan bir proses deyil. Mənə hansısa kişi deyəndə ki, “qadın özü nömrəsini mənə verdi” təəccüb edirəm. Mən deyirəm ki, bu, ola bilməz. Mənə görə heç bir qadın bunu etməz. Amma zaman dəyişir, mühit dəyişir, fikirlər, hadisələrə baxış dəyişir. Hindistan kimi geridəqalmış ölkədə də qadınlar kişilərə evlənmək təklifini edirlər. Zəmanənin müxtəlif tələbləri olur. Təbii ki, ağır oturub, batman gəlmək daha yaxşıdır. Amma kimlərsə ailə qurmaq üçün bunu tezləşdirməyə çalışırsa belə, hər kəsin öz seçimi var. Biz buna qarışa bilmərik. Kiməsə deyə bilmərik ki, bu pisdir, etmə”.

 

“Onları izləyən kişilər...”

M.Zeynalova hesab edir ki,  bu cür tələskənlikdə bir məqsəd var, o da ərə getməkdir:

“Amma istənilən halda tələskənlik təəccüb doğurur. Eyni zamanda, tələskənlik çox təhlükəli ola bilər. Qız hansı formada ərə getməyi seçir: özümü təklif edir, yoxsa qarşı tərəfmi təklif edir, bu artıq müasir dünyanın davranışlarına bağlı məsələdir. Biz nə qədər qaçmağa da çalışsaq, müasir dövrün tələblərilə qarşılaşmalı, uzlaşmalı oluruq. Amma yalnız ər xatirinə, “ərə getdim” demək üçün ailə qurmaq  və bir müddət sonra problemlərlə yaşamağa vadar olmaq yaxşı hal deyil. Məsləhətlidir ki, ailə quracaq tərəflər bir-birini daha yaxşı araşdırıb nikaha daxil olsunlar. Keçmişdə gənclər ailə qurmazdan əvvəl böyüklər araşdırma aparırdı, qız tərəf oğlanı, oğlan tərəf qızın özü və ailəsilə maraqlanıb məlumat toplayırdı. İndi belə şeylərə bir az pis baxırlar. Amma edilmədiyi halda, fəsadları da çox olur.

Ümumiyyətlə, mən çox müasir adamam. Amma elə şeylər var ki, hətta onları qəbul etmək iqtidarında belə deyiləm, anlamıram və qəbul edə bilmirəm. İnsan irəli getmək, karyera qurmaq üçün prinsipial ola bilər. Amma bu cür formada özünü təqdim etməyi doğru sayılmır. Ətrafımda olanlardan bu cür hərəkət görməmişəm deyə, mənə təəccüblü gəlir. Mənim ətrafımda olanlar bunu etmir. Edənlər də bəlkə də gəncliyin gətirdiyi hava ilə edir və düşünür ki, ətrafdan yaxşı görünür. Amma əksinə, bu cür hallar əks-effekt verir. Onları kənardan izləyən kişilərin düşüncələrində heç də yaxşı iz qoymurlar”. 

 

“Ailə basqısı qızları tələsik ərə getməyə vadar edir”

 

Qadın hüquq müdafiəşisi gənclərin sosial şəbəkələr üzərindən “ərə getmək istəyirəm” mesajı vermələrinin səbəbsiz olmadığını vurğulayır:

“Mən düşünmürəm ki, hamı kütləvi şəkildə ərə getmək istəyindədir. Ətrafımda 28, 29, 30 və daha yuxarı yaşda olan və ərə getmək haqqında düşünməyən qızlar var. Ailə qurmağı əsas prioritet hesab etməyən qadınlarımız da var. Amma ərə getmək fikrilə onların, olduqları mühitdən, ailədən qaçmağa can atmaları müşahidə edilir. Ailə basqısı, ailədəki sosial çətinliklər, bəzən hətta şiddətə yönəlik davranışlar qızları əlacsız ər axtarışına sövq edir.

Ailə qurmağı müasirlik hesab edənlər var. Çox vaxt ailədə münasibətlər yaxşı olmur. Ailədə münasibətlər normal olanda gənclər sağlam düşünür, səhv addım atmağa vadar olmur, nə olur olsun, ərə gedim, canımı qurtarım deyib başqa problemlərlə qarşılaşmırlar.

Müəyyən yaş dövrü var ki, 15-16 yaşlarında müəyyən həvəslənmələr ola bilər. Amma bu həvəslənmədə ailənin rolu o olmalıdır ki, yeniyetmənin çılğın vaxtında düşünülməyən addımlarının qarşısını alsın, onunla söhbət etməyi bacarsın. Bundan sonra proseslər özü tənzimlənəcək. Ailədə sevgi yoxdursa, təbii ki, kimsə oradan qaçmağa çalışacaq”.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Şəmkirdə 26 yaşlı gənc bıçaqlandı
16.02.2019, 00:36

Şəmkirdə 26 yaşlı gənc bıçaqlandı

Silahlı hücumda 66 nəfər öldürüldü
16.02.2019, 00:16

Silahlı hücumda 66 nəfər öldürüldü

Paytaxt sakini mənzilində yanaraq öldü
15.02.2019, 23:57

Paytaxt sakini mənzilində yanaraq öldü

Azərbaycan nefti bahalaşıb
15.02.2019, 23:46

Azərbaycan nefti bahalaşıb

Bakıda gənc qız itkin düşdü
15.02.2019, 23:31

Bakıda gənc qız itkin düşdü

Leyla Əliyeva Buzovnada sosial xidmət müəssisəsinin açılışına qatıldı - FOTOLAR
15.02.2019, 23:20

Leyla Əliyeva Buzovnada sosial xidmət müəssisəsinin açılışına qatıldı - FOTOLAR

Nazirlik sosial müavinətlərlə bağlı İTTİHAMLARA cavab verdi   
15.02.2019, 23:04

Nazirlik sosial müavinətlərlə bağlı İTTİHAMLARA cavab verdi  

Daha 17 uşaq qızılcaya tutuldu
15.02.2019, 22:50

Daha 17 uşaq qızılcaya tutuldu

ABŞ-da fövqəladə vəziyyət elan edildi
15.02.2019, 22:37

ABŞ-da fövqəladə vəziyyət elan edildi

Yüzlərlə etirazçı Yerevan-Tbilisi dəmiryolunu bağladı - VİDEO
15.02.2019, 22:20

Yüzlərlə etirazçı Yerevan-Tbilisi dəmiryolunu bağladı - VİDEO

Şamaxıda yenidən vulkan püskürdü
15.02.2019, 22:06

Şamaxıda yenidən vulkan püskürdü

Özünü asan qızı polislər xilas etdi
15.02.2019, 21:49

Özünü asan qızı polislər xilas etdi

Elmar Məmmədyarov Almaniyada Qarabağ münaqişəsini müzakirə etdi
15.02.2019, 21:36

Elmar Məmmədyarov Almaniyada Qarabağ münaqişəsini müzakirə etdi

“Azərsu”ya məxsus avtomobil avtobusa çırpıldı
15.02.2019, 21:23

“Azərsu”ya məxsus avtomobil avtobusa çırpıldı

ABŞ bu ölkəyə qarşı sanksiyaları sərtləşdirir
15.02.2019, 21:11

ABŞ bu ölkəyə qarşı sanksiyaları sərtləşdirir

Leyla Əliyeva Balaxanıda sahibsiz itlərə qayğı mərkəzinin açılışında - FOTOLAR
15.02.2019, 20:57

Leyla Əliyeva Balaxanıda sahibsiz itlərə qayğı mərkəzinin açılışında - FOTOLAR

Hindistan Pakistandakı səfirini geri çağırdı
15.02.2019, 20:43

Hindistan Pakistandakı səfirini geri çağırdı

Almaniya müdafiə xərclərini artırır
15.02.2019, 20:29

Almaniya müdafiə xərclərini artırır

Nazir günərzi qayğı mərkəzində - FOTOLAR
15.02.2019, 20:16

Nazir günərzi qayğı mərkəzində - FOTOLAR

Bakıda 20 yaşlı qızı vurub hadisə yerindən qaçdılar
15.02.2019, 20:01

Bakıda 20 yaşlı qızı vurub hadisə yerindən qaçdılar

Azərbaycan vətəndaşları Türkiyədə şəxsiyyət vəsiqəsi ala biləcək
15.02.2019, 19:58

Azərbaycan vətəndaşları Türkiyədə şəxsiyyət vəsiqəsi ala biləcək

Azərbaycanın daha beş rayonunda “ASAN Xidmət” mərkəzləri açılacaq
15.02.2019, 19:49

Azərbaycanın daha beş rayonunda “ASAN Xidmət” mərkəzləri açılacaq

İsmayıllıda marşrut avtobusu qadını vuraraq öldürüb
15.02.2019, 19:38

İsmayıllıda marşrut avtobusu qadını vuraraq öldürüb

Prezidentin köməkçisi “Neolit”dəki insidentə münasibət bildirib
15.02.2019, 19:27

Prezidentin köməkçisi “Neolit”dəki insidentə münasibət bildirib

Əsrlər sonra açıqlandı: Hürrəmin məktubları
15.02.2019, 19:16

Əsrlər sonra açıqlandı: Hürrəmin məktubları

Azərbaycan Ukraynaya avtomobil ixrac edəcək
15.02.2019, 19:09

Azərbaycan Ukraynaya avtomobil ixrac edəcək

Pensiyaların iki aylıq artımla verilməsinə başlanılıb
15.02.2019, 19:01

Pensiyaların iki aylıq artımla verilməsinə başlanılıb

Ötən il ən böyük hərbi büdcəyə malik ölkələri məlum oldu
15.02.2019, 18:50

Ötən il ən böyük hərbi büdcəyə malik ölkələri məlum oldu

Elmar Məmmədyarov ukraynalı həmkarı ilə görüşüb
15.02.2019, 18:39

Elmar Məmmədyarov ukraynalı həmkarı ilə görüşüb

Tramp barışıq üçün maliyyə nazirini Çinə göndərdi
15.02.2019, 18:24

Tramp barışıq üçün maliyyə nazirini Çinə göndərdi

Sendviç oğurlayan deputat mandatından imtina etdi
15.02.2019, 18:17

Sendviç oğurlayan deputat mandatından imtina etdi

Məmmədyarov və Mnatsakanyan Münhendə görüşə bilər
15.02.2019, 18:06

Məmmədyarov və Mnatsakanyan Münhendə görüşə bilər

Rüstəm Xəlilov seçicilərlə görüşləri davam etdirir - FOTOLAR
15.02.2019, 17:52

Rüstəm Xəlilov seçicilərlə görüşləri davam etdirir - FOTOLAR

İstirahət günlərinin hava PROQNOZU
15.02.2019, 17:51

İstirahət günlərinin hava PROQNOZU

SOCAR-ın işçisi dənizə düşərək öldü
15.02.2019, 17:47

SOCAR-ın işçisi dənizə düşərək öldü

Balıqçılıq təsərrüfatlarının sahibləri nazirliyə çağırıldılar
15.02.2019, 17:43

Balıqçılıq təsərrüfatlarının sahibləri nazirliyə çağırıldılar

Keçmiş mətbuat katibinə “Döyüş əməliyyatı veteranı” medalı verildi
15.02.2019, 17:41

Keçmiş mətbuat katibinə “Döyüş əməliyyatı veteranı” medalı verildi

Əcnəbi jurnalistlər Mətbuat Şurasına gəldilər   
15.02.2019, 17:33

Əcnəbi jurnalistlər Mətbuat Şurasına gəldilər  

Sahibkarların işi asanlaşır, prosedurlar 2-yə endirildi
15.02.2019, 17:19

Sahibkarların işi asanlaşır, prosedurlar 2-yə endirildi

Manatın 3 günlük MƏZƏNNƏSİ açıqlandı   
15.02.2019, 17:14

Manatın 3 günlük MƏZƏNNƏSİ açıqlandı  

İlham Əliyev litvalı həmkarını təbrik etdi
15.02.2019, 17:12

İlham Əliyev litvalı həmkarını təbrik etdi

Tovuzda yol tikintisinə 3,3 milyon manat ayrıldı
15.02.2019, 17:10

Tovuzda yol tikintisinə 3,3 milyon manat ayrıldı

Abituriyentlərin nəzərinə: sınaq imtahanlarına qeydiyyat başlayıb
15.02.2019, 17:05

Abituriyentlərin nəzərinə: sınaq imtahanlarına qeydiyyat başlayıb

İnam Kərimov nazirliyin xaricdə təhsil almış əməkdaşları ilə görüşdü
15.02.2019, 17:00

İnam Kərimov nazirliyin xaricdə təhsil almış əməkdaşları ilə görüşdü

İki rayonun qış otlaqları üçün 30 milyon manat ayrıldı
15.02.2019, 16:56

İki rayonun qış otlaqları üçün 30 milyon manat ayrıldı

Azərbaycanda ilk: İcra hakimiyyəti xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaratdı
15.02.2019, 16:44

Azərbaycanda ilk: İcra hakimiyyəti xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaratdı

Paşinyandan narazı qalan veteran aclıq aksiyasına başlayıb
15.02.2019, 16:27

Paşinyandan narazı qalan veteran aclıq aksiyasına başlayıb

İlham Əliyev bu komissiyaların tərkibini dəyişdi - SİYAHI   
15.02.2019, 16:20

İlham Əliyev bu komissiyaların tərkibini dəyişdi - SİYAHI  

Səhiyyə xərcləri orta ömür uzunluğuna təsir edir - EKSPERT
15.02.2019, 16:13

Səhiyyə xərcləri orta ömür uzunluğuna təsir edir - EKSPERT

Əmanətlərlə bağlı qanun layihəsi Milli Məclisin iclasına çıxarılır   
15.02.2019, 16:08

Əmanətlərlə bağlı qanun layihəsi Milli Məclisin iclasına çıxarılır  

ARXİV