Modern.az

Deputatlar qadınlarla bağlı “dəyirmi masa”da

Deputatlar qadınlarla bağlı “dəyirmi masa”da

Aktual

3 Dekabr 2018, 11:41

Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun (MDB PAA DİMBİ) Bakı filialı “Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolu” mövzusunda “dəyirmi masa” keçirir.

 

Modern.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, bir sıra dövlət strukturlarının məsul əməkdaşları, müxtəlif ictimaiyyət və elm xadimləri, QHT-lərin, siyasi partiyaların, MDB PAA və TÜRK PA-nın nümayəndələri, MDB PAA DİMBİ-nin Kişinyov və Bişkek filiallarının təmsilçiləri iştirak edirlər.

 

Tədbirdə Azərbaycanda gender bərabərliyinin təmin olunması üzrə həyata keçirilən islahatlar, o cümlədən qəbul və ratifikasiya edilən qanunlar, həyata keçirilən dövlət proqramları və onların nəticələri, qadınların ölkəmizin ictimai-siyasi həyatında iştirakının səciyyəvi xüsusiyyətləri, dövlət gender siyasəti və onun icrası üzrə görülən işlər və digər istiqamətlər üzrə müzakirələr aparılır.

 

Həmçinin tədbirə qatılan beynəlxalq təşkilatların nümayəndələri təmsil etdikləri qurumların gender əlaqəli fəaliyyətinə dair təcrübələrini paylaşırlar.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!