Modern.az

Gürcüstan müxalifəti: “Zurabişvilinin inauqurasiyasına imkan verməyəcəyik”  

Gürcüstan müxalifəti: “Zurabişvilinin inauqurasiyasına imkan verməyəcəyik”   

3 Dekabr 2018, 12:03

Bazar günü Gürcüstanın müxalif “Güc birlikdədir” seçki bloku Tbilisidə mitinq keçirdi. Birləşmiş müxalifətin prezident seçkisindəki namizədi Qriqol Vaşadze aksiyadakı çıxışı zamanı iqtidarın seçkiləri saxtalaşdırdığını deyib.

Hollandiyada yaşayan eks-prezident Mixail Saakaşvili isə aksiyaya görüntülü qoşulub. O, bildirib ki, seçki saxtakarlığına görə bütün məsuliyyət hakim “Gürcü arzusu” blokunun lideri Bidzina İvanişvilinin üzərindədir.  
Daha sonra  Saakaşvili partiya mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşları kütləvi aksiyalara dəstək verməyə çağırıb.

Maraqlıdır, növbəti mitinq nə vaxt keçiriləcək?

Müxalif Vahid Milli Hərəkat Partiyasının Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputatı Azər Süleymanov Modern.az-a açıqlamasında deyib ki, dekabrın 16-na qədər hakimiyyətə vaxt verilib.

“Çünki ayın 16-da saxta yolla prezident elan olunmuş Salome Zurabişvilinin inauqurasiyası (andiçməsi) olacaq. On minlərlə insan onun andiçməsinə imkan verməyəcək. 16-na qədər mitinq keçirəcəyik. Gürcüstana saxta prezident lazım deyil. Əsas tələbimiz prezident seçkilərinin nəticəsini saymamaqdır. Artıq buna da hazırıq. Digər müxalifət qüvvələri də danışıqlar aparılır”.

Azər Süleymanovun sözlərinə görə, müxalifət bir addım belə geri çəkilməyəcək:

“Gürcüstana daxil olmaq asan deyil. Ukraynada məsələ fərqli idi. Saakaşvilinin Ukraynaya daxil olmasına  Avropa ölkələri icazə vermişdi. Amma Gürcüstana gəlməsi üçün mümkün olan yolu tapa bilmədik. Sonuncu mitinqdə Saakaşvilinin ailəsi də bizimlə idi. Nə Saakaşvili, nə də Gürcüstan xalqı bir addım belə geri çəkilməyəcək. Səsimizi bütün dünya ictimaiyyəti eşidəcək. Düzdür, Gürcüstanda inqiliabın olmasını istəmirik. Yaxşı olar ki, hakimiyyət yolun sonundan geri dönsün”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi