10 dekabr 2018, Bazar ertəsi
Ana Səhifə - ÖLKƏ - Vergilər Nazirliyi Vergi Məcəlləsinə əlavə və dəyişiklikləri ŞƏRH ETDİ - 5 əsas istiqamət  
Vergilər Nazirliyi Vergi Məcəlləsinə əlavə və dəyişiklikləri ŞƏRH ETDİ - 5 əsas istiqamət  
03.12.2018, 13:35

Dekabrın 3-də Vergilər Nazirliyində Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin əsas istiqamətləri ilə bağlı brifinq keçirilib.

Modern.az xəbər verir ki, brifinqdə nazirliyin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin əsas məzmunu və 2019-cu ildə həyata keçiriləcək vergi islahatarının başlıca istiqamətləri haqqında kütləvi informasiya vasitələrinin nümayəndələrinə ətraflı məlumat verib.

Bildirib ki, ölkədə sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə vergi qanunvericiliyinə çox mühüm dəyişikliklər layihəsi hazırlanıb və qanun layihəsi Milli Məclis tərəfindən qəbul edilib.

“Vergi Məcəlləsinə dəyişiklikləri 5 əsas istiqamət üzrə təsnifləşdirmək olar. Bunlar sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və «kölgə iqtisadiyyatı»nın miqyasının azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, mövcud və yeni veriləcək vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi kimi istiqamətlərdir”.


Qeyd olunub ki, kölgə iqtisadiyyatının miqyasının azaldılması və iqtisadiyyatın şəffaflaşdırılması məqsədilə Vergi Məcəlləsinə edilən dəyişikliklər əsasən özəl sektorda çalışan işçilərin əmək haqqından tutulan gəlir vergisi üzrə vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması, malların sənədsiz dövriyyəsinə, xərclərin rəsmiləşdirilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi, bir sıra sahələrdə vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlıdır.

S.Musayeva vergi qanunvericiliyinə edilmiş ən mühüm dəyişiklik kimi qeyri-neft sektorunun özəl bölməsində çalışan vətəndaşların əmək haqlarından tutulan vergilər üzrə vergi güzəştlərinin verilməsini qeyd edib.


“Dəyişikliyə əsasən, aylıq əməkhaqqı 8000 manata qədər olan vətəndaşlar üçün 7 il müddətində gəlir vergisi üzrə 100 faizlik güzəşt verilib, 8000-dən yuxarı olan məbləğdə muzdlu işlə əlaqədar gəlir əldə edən fiziki şəxslər üzrə isə gəlir vergisi 14 faiz həcmində müəyyənləşdirilib ki, bu da dövlətin sözügedən məsələdə çox böyük fiskal güzəştə getməsi deməkdir. Vergi güzəştinin məqsədi barədə danışan departamentin baş direktoru bildirib ki, əsas hədəf «kölgə iqtisadiyyatı»nın həcminin azalması, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, iqtisadi fəallığın, xüsusilə qeyri-neft sektorunun özəl bölməsində işgüzar aktivliyin daha da canlanması və sürətləndirilməsi, vətəndaşların hüquqlarının daha dolğun şəkildə təmin edilməsidir.

Bundan başqa, Vergi Məcəlləsinə edilən dəyişikliklərdə pərakəndə ticarət və ictimai iaşə sektorunda dövriyyənin rəsmiləşdirilməsində ictimai nəzarətin gücləndirilməsi və bu işdə istehlakçıların stimullaşdırılması məqsədilə istehlakçılar tərəfindən belə obyektlərdə xərclənən vəsaitlərin ƏDV-sinin müəyyən hissəsinin istehlakçılara geri qaytarılması nəzərdə tutulur.

İstehlakçılar tərəfindən pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə (neft və qaz məhsulları istisna olmaqla) ödənilmiş ƏDV-nin nağdsız ödənişlərdə 15 faizi, nağd ödənişlərdə isə 10 faizi nəzarət-kassa aparatının çeki əsasında istehlakçılara geri qaytarılacaqdır. Bu qaydaların tətbiqi ilə bağlı əlavə olaraq prosedurları özündə əks etdirən qanunvericilik aktı qəbul olunacaq.

İstehlakçı fiziki şəxslərin bu qaydada stimullaşdırılması həm şəffaflığın təmin edilməsi baxımından, həm də vergi ödəyicilərinin ƏDV-nin ödəyicisi kimi fəaliyyət göstərmələrinə müsbət təkan verəcək.

Vergitutma bazasının genişləndirilməsi məqsədilə Vergi Məcəlləsinə edilən dəyişikliklər sırasında vergi uçotunda olmayan şəxslərdən nağd qaydada alına bilən mallara görə aparılan ödənişlərin ödəmə mənbəyində vergiyə cəlb edilməsi, sadələşdirilmiş verginin ödəyicilərinin əhatə dairəsinin məhdudlaşdırılması, aksizli və məcburi nişanlanmalı malların dövriyyəsinə səmərəli vergi nəzarəti mexanizminin qurulması, aksizli malların siyahısının genişlənməsi (energetik içkilər, elektron siqaret üçün maye) və aksiz dərəcələrinin artırılması və s. var”.

Nazirlik rəsmisi deyib ki, sadələşdirilmiş vergitutuma metodunu tətbiq edən vergi ödəyiciləri vergilərini təqdim etdikləri mala (işə, xidmətə) görə əldə olunan hasilatdan (xərclər çıxılmadan) hesabladıqlarından adətən gəlirlərinin və xərclərinin uçotunu aparmamağa və əməliyyatların lazımı qaydada sənədləşdirilməməyə meyilli olurlar ki, bu da ölkədə aparılan vergi islahatları və şəffaflaşma siyasəti ilə uzlaşmır.

“Buna görə də Vergi Məcəlləsinə daxil edilmiş yeni müddəalar əsasən sadələşdirilmiş vergitutuma metodunu tətbiq etmək hüququ olan şəxslərin dairəsi məhdudlaşdırılıb. Dəyişikliyə əsasən, işçi sayı qanunla müəyyən edilən həddən çox olan istehsal fəaliyyətini, topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının satışını, xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslərin, habelə lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslərin (bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla) və s. sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Qanunla sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşdırılan vergi ödəyiciləri növbəti ildən mənfəət (gəlir) vergisinin ödəyicisi kimi fəaliyyət göstərəcəklər.

Vergi Məcəlləsinə vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə də bir sıra dəyişikliklər edilib. Bunların sırasında yeni nəsil nəzarət-kassa aparatlarının quraşdırılması, vergi ödəyicisinin iqtisadi maraq mərkəzinin olduğu yer üzrə uçota alınması, elektron qaimə-faktura verməli olan şəxslərin əhatəsinin dəqiqləşdirilməsi, ƏDV-nin əvəzləşdirilməsi mexanizminin təkmilləşdirilməsi və s. dəyişikliklər yer alır.

Bundan başqa Vergi Məcəlləsində vergi güzəştlərinin iqtisadi səmərəsinin yüksəldilməsi məqsədilə dəyişikliklər edilib. Bunların sırasında özəlləşdirmədə iştirak edən investorların əmlak vergisindən azad edilməsi, vergi ödəyicisinin azı 3 il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmlərin satışına vergi güzəştinin tətbiq edilməsi və həmçinin həssas sosial təbəqələrə (şəhid ailələrinə) güzəştin verilməsi kimi sösialyönümlü dəyişikliklər də əks olunub. Mühüm dəyişikliklərdən biri vergi güzəştləri əldə edən şəxslərə malların dövriyyəsinin uçotunun aparılmadığı halda maliyyə sanksiyalarının tətbiqi ilə bağlıdır”.

S.Musayevanın sözlərinə görə, vergi ödəyicilərinin hüquqularının genişləndirilməsi və sahibkarlığın inkişafının dəstəklənməsi məsələləri də diqqətdən kənarda qalmayıb.


“Belə ki, sadələşdirilmiş vergi dərəcəsinin bütün ölkə ərazisində 2 faizə endirilməsi, pərakəndə ticarət və iaşə sahələrində nağdsız ödənişlər üzrə güzəştlərin verilməsi və inzibati şikayət zamanı bank hesabından və ƏDV-nin depozit hesabından pul vəsaitinin silinməsinin dayandırılması bu istiqamət üzrə edilən dəyişiklilərə aiddir.

2019-cu ildən mikro və kiçik sahibkarlıq subyektlərinin balanslarında olan əsas vəsaitlər üzrə sürətli amortizasiya normaları tətbiq ediləcək. Bundan başqa, kiçik

sahibkarlıq subyektlərinin gəlir və xərcin uçotunun aparılması mədəniyyətinin formalaşdırılması və təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirini və xərcini sənədləşdirən bu kateqoriya vergi ödəyicilərinin öz təsisçilərinə (payçılarına) ödədikləri dividendlərin ödəmə mənbəyində vergidən azad olunmasını nəzərdə tutan müddəa Vergi Məcəlləsinə daxil edilib. Bu dəyişikliyə qədər kiçik sahibkarlıq subyektləri də xalis mənfəətini öz təsisçiləri (payçıları) arasında bölüşdürərkən ümumi qaydada 10 faiz dərəcə ilə vergi tuturdu. Bununla da, sahibkarlıq subyektlərinə şəffaf uçot apardıqları halda əlavə vergi güzəşti veriləcək və onlar tərəfindən təsisçilərinə (payçılarına) ödənilən dividendlər ödəmə mənbyində 10 faiz dərəcə ilə tutulan vergidən azad olunacaqdır”.


S.Musayeva mikrobiznes, kiçik və orta sahibkarlıq subyektləri üçün gəlir, mənfəət, əmlak, torpaq vergisi və ƏDV üzrə güzəştlərin də nəzərdə tutulduğunu diqqətə çatdırıb:

“Kiçik və orta biznes (KOB) klasterinə daxil olan şirkətlər KOB reyestrində qeydiyyata alındıqları andan etibarən 7 il müddətinə mənfəət, torpaq və əlavə dəyər vergisindən azad edilirlər. KOB klasterinə daxil olan şirkətlər tərəfindən istehsal və emal məqsədilə texnika, texnoloji avadanlıq və qurğuların idxalı 7 il müddətinə ƏDV-dən azad edilir. Bundan başqa, kiçik və orta biznes klasterinin iştirakçısı olan sahibkarlıq subyektləri tərəfindən KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal (iş, xidmət) üzrə əldə etdiyi gəlirin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi 7 il müddətinə gəlir (mənfəət) vergisindən azad edilir.

Mikro-sahibkarlıq subyektləri üçün nəzərdə tutulan güzəştlərə sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir və mənfəətin 75%-nin vergidən azad edilməsi daxildir. Bundan başqa, mikro-sahibkarlıq subyekti olan fərdi sahibkarlar və hüquqi şəxslər əmlak vergisindən azad edilirlər. Həmçinin mikro və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan startapların startap fəaliyyəti üçün şəhadətnamə aldıqları andan etibarən 3 il müddətinə gəlir və mənfəət vergisi ödənişindən azad edilir”.

 


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Saakaşviliyə qarşı daha bir ittiham irəli sürüldü
10.12.2018, 14:46

Saakaşviliyə qarşı daha bir ittiham irəli sürüldü

Ağcabədidə 5 kiloqramdan artıq marixuana aşkarlandı
10.12.2018, 14:31

Ağcabədidə 5 kiloqramdan artıq marixuana aşkarlandı

Kremldən “sarı jiletli”lər haqda AÇIQLAMA: “Böhtandan başqa bir şey deyil”
10.12.2018, 14:27

Kremldən “sarı jiletli”lər haqda AÇIQLAMA: “Böhtandan başqa bir şey deyil”

Azərbaycanlı qız Kamçatka gözəli seçilib - FOTOLAR
10.12.2018, 14:26

Azərbaycanlı qız Kamçatka gözəli seçilib - FOTOLAR

Sabunçuda 3 otaqlı ev yandı
10.12.2018, 14:21

Sabunçuda 3 otaqlı ev yandı

Gəncədə məktəb direktoru icra başçısının müavini təyin edildi
10.12.2018, 14:07

Gəncədə məktəb direktoru icra başçısının müavini təyin edildi

Ermənistan parlamentində qüvvələrin yeni NİSBƏTİ
10.12.2018, 13:50

Ermənistan parlamentində qüvvələrin yeni NİSBƏTİ

104 ölkəyə ixrac, 171-dən idxal - SİYAHI
10.12.2018, 13:48

104 ölkəyə ixrac, 171-dən idxal - SİYAHI

Azərbaycanda ərzaq malları 1,9 faiz bahalaşıb   
10.12.2018, 13:44

Azərbaycanda ərzaq malları 1,9 faiz bahalaşıb  

Dövlət Komitəsinin əməkdaşı Gürcüstandakı Ahıska türkləri ilə görüşüb
10.12.2018, 13:38

Dövlət Komitəsinin əməkdaşı Gürcüstandakı Ahıska türkləri ilə görüşüb

Kaşıkçının işi beynəlxalq məhkəməyə veriləcək
10.12.2018, 13:06

Kaşıkçının işi beynəlxalq məhkəməyə veriləcək

Azərbaycanda tələbə itkin düşdü - FOTO   
10.12.2018, 13:04

Azərbaycanda tələbə itkin düşdü - FOTO  

1625 maşına “jalüz-pərdə protokolu” yazıldı   
10.12.2018, 13:02

1625 maşına “jalüz-pərdə protokolu” yazıldı  

Sabahın hava PROQNOZU - İsti olacaq
10.12.2018, 12:53

Sabahın hava PROQNOZU - İsti olacaq

Əsir yaxınlarının ermənilərlə danışıqları faciə ilə bitib - RƏSMİ
10.12.2018, 12:42

Əsir yaxınlarının ermənilərlə danışıqları faciə ilə bitib - RƏSMİ

Yaşa görə pensiya alanların sayı son 30 ildə ən aşağı göstəriciyə düşüb   
10.12.2018, 12:39

Yaşa görə pensiya alanların sayı son 30 ildə ən aşağı göstəriciyə düşüb  

Külli miqdarda aksiz markasız siqaret aşkar olunub
10.12.2018, 12:39

Külli miqdarda aksiz markasız siqaret aşkar olunub

Bahar Muradova: Ermənistanda “seçki oyunu” oynanıldı
10.12.2018, 12:38

Bahar Muradova: Ermənistanda “seçki oyunu” oynanıldı

Leyla Əliyeva beynəlxalq forumda 
10.12.2018, 12:36

Leyla Əliyeva beynəlxalq forumda 

Azərbaycanın “Beyin mərkəzi” ekspertlərini niyə gizlədir?..   
10.12.2018, 12:32

Azərbaycanın “Beyin mərkəzi” ekspertlərini niyə gizlədir?..  

Heydər Əliyev Ağstafada ANILDI
10.12.2018, 12:26

Heydər Əliyev Ağstafada ANILDI

Nazir nikbin DANIŞDI: Ərzaq məhsulları 50 faiz UCUZLAŞACAQ
10.12.2018, 12:17

Nazir nikbin DANIŞDI: Ərzaq məhsulları 50 faiz UCUZLAŞACAQ

DTX-nin hospitalında xüsusi yer ayrılıb, 1943 itkinlə bağlı 5889 nümunə toplanıb
10.12.2018, 12:16

DTX-nin hospitalında xüsusi yer ayrılıb, 1943 itkinlə bağlı 5889 nümunə toplanıb

“Azərbaycanın İntellektual Birİncisi” başa çatdı
10.12.2018, 12:14

“Azərbaycanın İntellektual Birİncisi” başa çatdı

“Ermənistanın sözü əməlinə düz gəlmir” - ZATULİN
10.12.2018, 12:10

“Ermənistanın sözü əməlinə düz gəlmir” - ZATULİN

Bakının məşhur bazarı söküldü
10.12.2018, 12:06

Bakının məşhur bazarı söküldü

Tanınmış həkim Mehdi Mehdiyev vəfat edib   
10.12.2018, 12:05

Tanınmış həkim Mehdi Mehdiyev vəfat edib  

Avtomobillərdən oğurluq edənlər yaxalandılar
10.12.2018, 12:01

Avtomobillərdən oğurluq edənlər yaxalandılar

Girov ailələri onların xarici görüşünüdən xəbərsizdir: “Şəkil, videogörüntü ala bilmirik”
10.12.2018, 11:50

Girov ailələri onların xarici görüşünüdən xəbərsizdir: “Şəkil, videogörüntü ala bilmirik

“Onun yanında özümü azərbaycanlı qadın hiss edirdim” - Fərman Salmanovun XANIMI
10.12.2018, 11:46

“Onun yanında özümü azərbaycanlı qadın hiss edirdim” - Fərman Salmanovun XANIMI

Lerikdə zəlzələ oldu
10.12.2018, 11:45

Lerikdə zəlzələ oldu

Empati Kids Körpələr evi - Uşaq bağçası AÇILDI
10.12.2018, 11:37

Empati Kids Körpələr evi - Uşaq bağçası AÇILDI

Masallıda PARTLAYIŞ - 1 ölü, 2 yaralı   
10.12.2018, 11:19

Masallıda PARTLAYIŞ - 1 ölü, 2 yaralı  

Soyuqdəymə zamanı inhalyasiya etmək xeyirlidir? - Həkim ŞƏRHİ  
10.12.2018, 11:15

Soyuqdəymə zamanı inhalyasiya etmək xeyirlidir? - Həkim ŞƏRHİ  

Bakıda pivə içən Türkiyə vətəndaşı öldü
10.12.2018, 11:06

Bakıda pivə içən Türkiyə vətəndaşı öldü

İlham Əliyev FIDE prezidentini qəbul etdi - YENİLƏNİB
10.12.2018, 10:50

İlham Əliyev FIDE prezidentini qəbul etdi - YENİLƏNİB

Prezident türkiyəli nazirlə müzakirə apardı
10.12.2018, 10:48

Prezident türkiyəli nazirlə müzakirə apardı

Təbiətə dəyən ziyana görə 154 min manatlıq iddia qaldırıldı
10.12.2018, 10:34

Təbiətə dəyən ziyana görə 154 min manatlıq iddia qaldırıldı

Tam orta təhsil səviyyəsi üzrə eksternat imtahanları keçiriləcək
10.12.2018, 10:32

Tam orta təhsil səviyyəsi üzrə eksternat imtahanları keçiriləcək

UNEC tələbələri yarışda ilk üç yerin qalibi oldu
10.12.2018, 10:28

UNEC tələbələri yarışda ilk üç yerin qalibi oldu

BirBank tətbiqi “Ən innovativ mobil bank” seçilib
10.12.2018, 10:24

BirBank tətbiqi “Ən innovativ mobil bank” seçilib

Paşinyanı 3 problem GÖZLƏYİR
10.12.2018, 10:16

Paşinyanı 3 problem GÖZLƏYİR

İstirahət günləri Azərbaycan yollarında 4 nəfər öldü
10.12.2018, 09:58

İstirahət günləri Azərbaycan yollarında 4 nəfər öldü

Milli Məclisin builki işi hansı məqamlarla parlament jurnalistlərinin yadında qaldı?..   
10.12.2018, 09:45

Milli Məclisin builki işi hansı məqamlarla parlament jurnalistlərinin yadında qaldı?..  

Xəzərdə batmaq təhlükəsi ilə üzləşən 2 balıqçı xilas edildi - FOTOLAR
10.12.2018, 09:43

Xəzərdə batmaq təhlükəsi ilə üzləşən 2 balıqçı xilas edildi - FOTOLAR

Ermənilər cəbhədə təxribat törətdi
10.12.2018, 09:40

Ermənilər cəbhədə təxribat törətdi

Lavrov Xəzər Konvensiyasının əsas nailiyyətindən danışıb
10.12.2018, 08:55

Lavrov Xəzər Konvensiyasının əsas nailiyyətindən danışıb

Nikol Paşinyan rəqiblərini parlamentə buraxmadı - Ermənistanda seçkilərin nəticələri ELAN OLUNDU   
10.12.2018, 08:21

Nikol Paşinyan rəqiblərini parlamentə buraxmadı - Ermənistanda seçkilərin nəticələri ELAN OLUNDU  

Manat və dollar yeni həftəyə bu MƏZƏNNƏ ilə başladı
10.12.2018, 07:58

Manat və dollar yeni həftəyə bu MƏZƏNNƏ ilə başladı

Aygün Kazımova Türkiyədə “Altın Kelebek” mükafatı aldı - FOTO
10.12.2018, 00:26

Aygün Kazımova Türkiyədə Altın Kelebek” mükafatı aldı - FOTO

ARXİV