Modern.az

Sabiq müdafiə nazirinin oğlunun evində əməliyyat: yaralananlar var

Sabiq müdafiə nazirinin oğlunun evində əməliyyat: yaralananlar var

3 Dekabr 2018, 19:37

Əfqanıstanın paytaxtı Kabil şəhərində sabiq müdafiə naziri Əbdül Rəhim Vərdəkin oğlunun yaşadığı evin ətrafında keçirilən əməliyyat zamanı azı 6 polis əməkdaşı və 1 jurnalist yaralanıb.

 

Modern.az Report.az-a istinadən xəbər verir ki, evin sahibi polisin evi tərk etmək barədə göstərişini yerinə yetirməyi rədd etdikdən sonra onun mühafizəçiləri polisləri atəşə tutub.

 

Xatırladaq ki, Əbdül Rəhim Vərdək 2004-2012-ci illərdə Əfqanıstanın müdafiə naziri vəzifəsində çalışıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?