Modern.az

“Azərbaycanda  Birləşmiş Ərəb Əmirliklərinin 300 şirkəti işləyir” – Şahin Mustafayev

“Azərbaycanda  Birləşmiş Ərəb Əmirliklərinin 300 şirkəti işləyir” – Şahin Mustafayev

Aktual

3 Dekabr 2018, 20:16

“Azərbaycan dekbarın 8-11 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinə ticarət missiyası göndərəcək. "Made in Azerbaijan" brendi altında məhsullarımızı təbliğ etmək məqsədilə Əbu-Dabi və Şarcaya ticarət missiyası göndəriləcək”. Modern.az xəbər verir ki, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin yaranmasının 47-ci ildönümünə həsr olunan tədbirdə çıxışı zamanı bildirib.

 

Nazir iki ölkə arasında əlaqələrin inkişaf etdiyini bildirib: “Qarşılıqlı hörmətə, güclü dostluq və qardaşlığa, bunu daha da zənginləşdirən İslam irsinə əsaslanan əlaqələrimiz həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətt üzrə inkişaf edir və güclənir. Bunu şərtləndirən əsas amil kimi ölkə rəhbərlərinin siyasi iradəsi və yaxın dostluq münasibətlərini də xüsusi vurğulamaq lazımdır. Əməkdaşlığımızın möhkəm hüquqi bazası var. Bu günədək 40-dan çox sənəd və sazişlər imzalanıb”.

 

Nazir qeyd edib ki, artıq ötən il Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Azərbaycanın ticarət nümayəndəliyi fəaliyyət göstərməyə başlayıb: “Dubayda Azərbaycan ticarət evinin yaradılması istiqamətində işlər başa çatdırılır. Qarşlıqlı etimad, öz növbəsində, investisiya əməkdaşlığına müsbət dinamika verib. BƏƏ-nin ölkəmizə yatırdığı 2,1 milyard investiyanın 1,3 milyardı neft sektoruna, 806 milyonu isə qeyri-neft sektoruna yönəldilib. Azərbaycan tərəfindən isə BƏƏ-yə 330 milyon dollar sərmayə yatırılıb. Hazırda Azərbaycanda 300-ə yaxn BƏƏ şirkəti fəaliyyət göstərir. İki ölkə arasında iqtisadiyyatın bir çox sahələrində əməkdaşlıq imkanları genişdir. Ümidvaram ki, dövlət başçımızın müəyyən etdiyi siyasətə uyğun olaraq, birgə səylərimiz əsasında Azərbaycan-BƏƏ əməkdaşlığı bundan sonra daha da yüksələn xətlə inkişaf edəcək".

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!