Modern.az

“Azərbaycanla BƏƏ arasında möhkəm əlaqələr mövcuddur” – Səfir

“Azərbaycanla BƏƏ arasında möhkəm əlaqələr mövcuddur” – Səfir

Aktual

3 Dekabr 2018, 20:43

“Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında möhkəm əlaqələr mövcuddur. Hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlər, dövlət başçılarının qarşılıqlı səfərləri, ticarət, iqtisadi və mədəni əlaqələrin genişlənməsi, Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana turist axınının artması müxtəlif sahələrdə əlaqələrin möhkəmlənməsini göstərir”. Modern.az xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yaranmasının 47-ci ildönümünə həsr olunan tədbirdə bu ölkənin Azərbaycandakı səfiri Mohamed Hamel Əl Qubaisi bildirib.

 

Səfir ölkələrimiz arasında mövcud olan əlaqələrin genişlənməsinə öz töhfəsini verən BƏƏ - Azərbaycan Ticarət Məclisinin artıq üç ildir fəaliyyət göstərdiyini qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar