Modern.az

İran " OPEC"dən çıxacaq?

İran " OPEC"dən çıxacaq?

3 Dekabr 2018, 21:56

İran Neft İxracatçısı Ölkələri Təşkilatı (OPEC) üzvlüyündən çıxmaq niyyətində deyil, amma hasilatın azaldılmasında da iştirak etməyi düşünmür. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “Bloomberg”ə açıqlamasında ölkənin OPEC-dəki daimi nümayəndəsi Hüseyn Kazımpur Ərdəbili bildirib. O, OPEC+ formatı daxilində hasilatın azaldılmasını müsbət qiymətləndirib.

 

“Əlbəttə İran hasilatı azaltmayacaq. Təbii ki, bunu İrandan xahiş edən yoxdur, çünki mövqeyimiz aydındır: ABŞ bizə qarşı sanksiyalar tətbiq etdiyindən neft hasilatını azaltmaq fikrində deyilik” – deyə iranlı diplomat vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı