Modern.az

Azərbaycandakı bütün məktəblərdə vahid geyim forması tətbiq olunacaq  

Azərbaycandakı bütün məktəblərdə vahid geyim forması tətbiq olunacaq   

4 Dekabr 2018, 11:46

Azərbaycanda məktəblərdə vahid geyim forması tətbiq olunacaq. Modern.az-ın məlumatına görə, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib. Komitə sədri bildirib ki, bəzi məktəblərdə məktəbli forması tətbiq olunsa da, ancaq bu bütün məktəbləri əhatə etməyib.

“Yeni hazırlanan “Ümumi təhsil haqqında” qanunda isə nəzərdə tutulub ki, məktəblərdə vahid məktəbli forması tətbiq olunsun”.

“Ümumi təhsil haqqında” qanun layihəsinin 12-ci maddəsində (Ümumi təhsil müəssisəsi) qeyd edilib ki, ümumi təhsil müəssisəsində təhsilalanlar üçün Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq ediləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı