Modern.az

“Gələn il Ukrayna Ali Radasına ən azı bir azərbaycanlını deputat seçdirməliyik”

“Gələn il Ukrayna Ali Radasına ən azı bir azərbaycanlını deputat seçdirməliyik”

4 Dekabr 2018, 12:53

“Hazırda ən böyük vəzifəmiz gələn il Ukrayna  Ali Radasına keçiriləcək seçkilərdə ən azı bir deputat postuna etnik azərbaycanlının seçilməsidir. Düşünürəm ki, azərbaycanlı deputatın seçilməsi maraqlarımızın qorunmasına xidmət edəcək”.

Bunu Modern.az-a açıqlamasında Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri, deputat Rüfət Quliyev deyib.

O, bildirib ki, ermənilər Ukraynada bir çox  vəzifələri ələ keçiriblər.

“Mütləq şəkildə qonşu ölkələrin parlamentində bir azərbaycanlının təmsil olunması vacibdir. Götürək Ukraynanı. Ukraynanın daxili işlər naziri Arsen Avakov milliyyətcə ermənidir. Ukrayna Ali Radasında da erməni deputatlar təmsil olunur. Eləsi var ki etnik ermənidir. Eləsi də var ki, erməni familiyası daşımasa da, ermənipərəstdir. Ona görə də bu məsələdə aktiv olmalıyıq”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı