Arxiv
2 Dekabr 2018, 13:21 | İQTİSADİYYAT
Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Qanuna dəyişikliklər nə vəd edir? - ŞƏRH  

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Sosial sığorta haqqında” qanuna edilən dəyişikliklər mülki hüquqi müqavilə (xidməti müqavilə) ilə fəaliyyət göstərən əmək bazarı işritakçıları üçün nə vəd etdiyini araşdırıb.

Modern.az İqtisadi və Sosial İnkişaf Mərkəzinin mövzu ilə bağlı şərhini təqdim edir:

1. Xidməti müqavilə ilə çalışanlar üçün vergilərin hesablanması üçün yeni qaydalar

Vergi məcələsinə artıq qəbul edilmiş dəyişiklərlə VÖEN-i olan vətəndaşların sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlər sadələşdirilmiş vergi predmeti hesab edilməyəcək. Beləliklə növbəti ildən etibarən həmin şəxslər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaiyyəti göstərən şəxslər üzrə gəlir vergisi ödəyicisi hesab ediləcək. Nəzərə alsaq ki, Vergi Məcəlləsinin 101.3 maddəsi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər üçün 20 faiz gəlir vergisi müəyyən edir, dəyişiklərə əsasən xidmət müqavilə ilə işləyənlər 2019-cu ilin əvvəlindən etibarən 20% vergi ödəyəcək. Lakin, bu zaman iki əsas məqama diqqət etmək lazımdır:

1. Vergi Məcəlləsinin 96-cı maddəsinin birinci bəndinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün xərcləri (Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ) arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.

2. Yeni dəyişiklərə əsasən Məcəlləyə əlavə edilən 102.1.30 maddə mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlann sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizini vergidən azad edir.

Beləliklə yuxarıda qeyd edilən vergi ödəyicilərinin vergi borcu bu iki məqam nəzərə alınmaqla aşağıdakı düstur əsasında hesablanacaq.

Vergi öhdəliyi = (İllik gəlirlər – İllik xərclər) x 0.25 x 0.2

Qeyd edək ki, xüsusi ilə də aylıq əmək haqqı ödənişlərinin xidməti müqavilələrlə əvəzləndiyi əksər hallarda vergi ödəyicinin hər hansı xərci olmayacaq ki, nəticədə vergi öhdəliyi yuxarıdakı düstura uyğun olaraq lakin xərc maddəsində “sıfır manat” olmaqla aparılacaq. 

Başqa sözlə yuxarıda bəhs etdiyimiz 20% vergi dərəcəsi xidmət haqqının yerdə qalan 25%-lik hissəsinə tətbiq ediləcək. Nəticədə xidməti müqavilə ilə işləyənlərlərin böyük çoxluğu xidmət haqqının ümumilikdə 5%-i həcmində vergi ödəyəcəkdir. Hazırda isə bu qrupa daxil olan çalışanlar Bakı şəhərində sadələşdirilmiş vergi ödəyicisi statusu ilə xidmət haqqının 4%-i, digər şəhər və regionlarda və NM Respublikasında 2% vergi ödəyirdilər.

Müqayisə üçün:

Hazırda hesabına 500 manat məbləğində xidmət haqqı daxil olmuş çalışan Bakı şəhərində fəaliyyət göstərdiyi halda 20 manat, regionlarda fəaliyyət göstərdiyi halda isə 10 manat məbləğində sadələşdirilimiş vergi ödəyirdi. Növbəti ildə isə bu şəxslər fəaliyyət göstərdiyi yerdən asılı olmayaraq 25 manat vergi ödəyəcəklər. Beləki, paytaxda fəaliyyət göstərənlər aylıq vergi xərci 25%, regionlarda fəaliyyət göstərənlər üçün isə 1.5 dəfə artacaqdır. 
Qeyd: yuxarıdakı hesablamalar xərc maddəsi sıfır manat olduğu hal üçün hesablanıb.

Şərh:

Üstün tərəfləri:

Yuxarıda qeyd edilən kateqoriyaya daxil və faktiki mənfəəti olamayan şəxslər vergi ödəməyəcəklər. Hazırda isə sadələşdirilmiş vergi mexanizmi subyektin xalis gəlirini və yaxud mənfəətinin nəzərə almadan tətbiq edilir.

Zəif tərəfləri:

Yeni dəyişiklər göründüyü kimi vergi ödəyicisi olaraq qeydiyyata alınmış və xidməti müqavilə əsasında regionlarda (əmək haqqı alan, xərc maddəsi sıfır manat olan) işləyənlər üçün 3 faiz bəndi (mövcud 2 faizdən 5 faizə), Bakı şəhərində işləyənlər üçün isə 1 faiz bəndi (mövcud 4 faizdən 5 faizə) artacaqdır.

Digər kateqoriyaya daxil olan, yəni xərc maddəsi sıfır manat olmayan sahibkarlıq subyektləri üçün isə mühasibatlıq işləri ciddi səviyyədə artacaq.

2. İcbari dövlət sosial sığortası (dsmf) üzrə yeniliklər

“Sosial sığorta haqqında” qanunun 14-cü naddəsinin yeni redaksiyası zamanı əlavə edilən 14.5.2. bəndinə əsasən 2019-cu ilin əvvəlindən etibarən sahibkarlıq fəaliyyəti göstərənlər üçün məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əmək haqqının 25 faizi miqdarında olacaqdır.
Qeyd edək ki, hazırda bu kateqoriyaya daxil olan şəxslər üzrə məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əmək haqqının 20%-i miqdarındadır.

Müqayisə üçün:

Hazırda gəlirin səviyyəsindən asılı olmayaraq sahibkarlıq (tikinti və ticarət sektoru xaric) fəaliyyəti ilə məşğul olan şəxslərin dsmf ödənişi maksimum 26 manat (regionlar üzrə müvafiq göstərici dəyişir) olduğu halda yeni ildən minimum orta aylıq əmək haqqı dəyişmədiyi təqdirdə 32.5 manat olacaqdır. Beləliklə qeyd edilən kateqoriyaya daxil olan şəxslərin dsmf xərcləri ümumilkdə 25% artacaq.

Şərh:

Qeyd edək ki, qanunvericiliyə edilən dəyişiklər əmək bazarının iştirakçıları arasında diskriminasiyanı aradan qaldırmayıb. Müxtəlif sosial qruplar üzrə dsmf ödənişi üzrə kəskin fərqin olması sosial müdafiə mexanizmlərinin, xüsusi ilə də pensiya sisteminin maliyyə təminatını zəiflədir, əmək bazarının leqallaşması və vətəndaşların əmək hüquqlarının təmin edilməsi baxımından ciddi çətinliklərə səbəb olur. Məsələn 1000 manatlıq əmək haqqı fondu üçün müvafiq ödəniş 25% (22% (işəgötürən) və 3 faiz (işçi)) olmaqla ümumilikdə 250 manat olduğu halda xidməti müqavilə ilə 1000 manat üçün dsmf ödənişi 26 manat (yeni ildən 32.5 manat) və bəzi hallarda isə daha azdır. Göründüyü kimi arada çox ciddi fərq var.

Eyni zamanda mülki hüquqi müqavilə əsasında çalışanların mdsf ödənişi ilə onun real gəlirləri arasında heç korelyasiya yoxdur. Yuxarıda göstərilən cədvəldən də göründüyü kimi, 500 manat və 1000 manat xidmət haqqı alan vətəndaş bərabər məbləğdə dsmf ödənişi həyata keçirir.

Qanunvericiliyə dəyişiklərin edilməsi zamaı yuxarıda sadalanan çatışmazlıqların aradan qaldırılması və xüsusi ilə gəlirlər ilə dsmf ödənişi arasında korelayasiyanın müəyyən edilməsi məqsədəuyğun idi.

Son olaraq qeyd edək ki, qanunvericiliyə edilən dəyişiklər nəticəsində xidməti müqavilə ilə çalışaların (VÖEN almış və sahibkar hesab edilən şəxslər) məcburi dövlət sosial sığorta və vergi öhdəlikləri cari məbləğlə müqayisədə 25% artacaq.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hərbi tibb sahəsində YENİLİK 22 Aprel 2019, 12:04 Bakıda 600 mindən çox sahibsiz it var və sayları artmaqdadır - TƏHLÜKƏ 22 Aprel 2019, 12:03 Binəqədidə Zərifə Əliyeva anıldı 22 Aprel 2019, 11:59 İndiyədək “Azəri-Çıraq-Günəşli”dən  çıxarılan neftin həcmi açıqlandı 22 Aprel 2019, 11:48 Çingiz Qənizadə Beyləqanda seçiciləri ilə görüşdü   22 Aprel 2019, 11:42 Rayonlarda sarı pasa qarşı mübarizə... 22 Aprel 2019, 11:40 İçində işıq gəzdirən və işığın içindəki Qulu 22 Aprel 2019, 11:35 Problemli kreditlərə görə ilk kompensasiyanı bu müştəri aldı – FOTO 22 Aprel 2019, 11:33 Qaret Beyl üçün Çin iddiası - Sərvət istədi 22 Aprel 2019, 11:30 Heydər Əliyev Mərkəzində “Oxu günü” keçirilib - FOTOLAR   22 Aprel 2019, 11:24 Abituriyentlərin nəzərinə: sınaq imtahanına qeydiyyat başlayıb 22 Aprel 2019, 11:23 Nazir müavini “Oş -Türk dünyasının mədəniyyət paytaxtı”nın AÇILIŞINDA 22 Aprel 2019, 11:09 Goranboyun başçısı sakinlərlə görüşdü   22 Aprel 2019, 11:02 Əfqanıstanda mədəndə 8 nəfər öldü 22 Aprel 2019, 10:51 Azərbaycan uşaqların milli geyimləri xaricilərin diqqətində 22 Aprel 2019, 10:41 İmişlidə yeni doğulan körpə öldü 22 Aprel 2019, 10:34 İqtisadçı problemli kreditlər üzrə kompensasiyaların qaranlıq məqamlarına AYDINLIQ GƏTİRDİ 22 Aprel 2019, 10:13 Bakı sakinini sifarişlə öldürüb yandıran şəxslər tutuldu - Dəhşətli HADİSƏ 22 Aprel 2019, 10:07 Problemli kreditlərlə bağlı Apellyasiya Komissiyası yaradıl 22 Aprel 2019, 10:02 Deputat Sumqayıtda qarşıya qoyulan məsələləri müzakirə etdi  22 Aprel 2019, 09:53 Ermənilər cəbhədə təxribatlara davam edir 22 Aprel 2019, 09:41 Bakının məşhur qonaqları - “KQB”nin məşhur generalına “Nizami xalçası”nı kim bağışlamışdı? - FOTOLAR 22 Aprel 2019, 09:41 Qobuda mağaza yanıb   22 Aprel 2019, 09:37 Azərbaycana xain gözlə baxanlar... 22 Aprel 2019, 09:34 Bakıda tıxac yarandı 22 Aprel 2019, 09:29 Bu gündən problemli kreditləri olanlara kompensasiya ödənişi başlayır - RƏSMİ 22 Aprel 2019, 09:20 Bu gündən "Formula 1" ilə əlaqədar yollarda hərəkət məhdudlaşdırılacaq - SİYAHI 22 Aprel 2019, 08:58 Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri: “Soyuq beyinlə və isti qanla Dağlıq Qarabağı geri alacağıq” - MÜSAHİBƏ 22 Aprel 2019, 08:53 Vətəni ailədən öndə tutan QƏHRƏMAN - Kişilik NÜMUNƏSİ 22 Aprel 2019, 08:39 Zelenski 73,09, Petro Poroşenko 24,57 faiz səs yığıb- Ukraynada yeni PREZİDENT 22 Aprel 2019, 08:28