Arxiv
2 Dekabr 2018, 14:21 | DİASPOR
Ceyhun Hacıbəylinin gəlini və nəvəsi Bakıya gəlir

Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı silsilə tədbirləri davam etdirir. Bunun tərkib hissəsi olaraq Azərbaycanın müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri olmuş görkəmli ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin Parisdə yaşayan gəlini Paskal Hacıbəyli Buşe və nəvəsi Benjamin Hacıbəyli Azərbaycana gəlir.
 

Bu barədə Modern.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan səfər çərçivəsində qonaqlar Şəhidlər Xiyabanını ziyarət edəcək, muzeylərdə olacaq, Dövlət Komitəsində, ADA Universitetində və digər qurumlarda görüşlər keçirəcəklər.


Paskal Hacıbəyli Buşe və Benjamin Hacıbəyli dekabrın 4-dən 9-dək Bakıda olacaqlar.

Ceyhun Hacıbəylinin əslən Fransadan olan gəlini Paskal Buşe (Timuçin Hacıbəylinin həyat yoldaşı) Sarbonna Universitetinin məzunudur. O, Avropa Sosial Fondunda inzibati və maliyyə administratoru işləyir. İxtisasca riyaziyyatçı olan Benjamin Hacıbəyli isə Fransanın İqtisadiyyat Nazirliyinin əməkdaşıdır.

1993-cü ildə həyat yoldaşı Timuçin bəy vəfat etdikdən sonra Paskal Hacıbəyli Buşe Hacıbəylilər ailəsinin tarixini oğlu Benjamin üçün qoruyub saxlayıb. O,  azərbaycanlılara Parisdə Ticarət Palatası yaratmaqda kömək edərək, burada ictimaiyyətlə əlaqələr üzrə müşavir işləyib.  Onlar axırıncı dəfə 2006-cı ildə Bakıda olublar.

Xatırladaq ki, vətən və millət qarşısında böyük xidmətləri olan Ceyhun Hacıbəyli 1891-ci ildə Şuşada doğulub, Bakıda təhsil alıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) bir müddət “Azərbaycan” qəzetində redaktor vəzifəsində çalışıb.  Sonradan isə Azərbaycan nümayəndə heyətinin tərkibində Parisə gedib. 1920-ci il aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra bir daha geri qayıtmayıb, Fransada mühacir həyatı yaşayıb.

1962-ci ildə vəfat edən Ceyhun Hacıbəyli Parisin Sen-klu məzarlığında dəfn edilib. Onun Ceyhun və Timurçin adlı 2 övladı olub.
 

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı silsilə tədbirlər çərçivəsində 37 ölkədən 140 gəncin iştirakı ilə “Diaspor Gənclərinin I Yay Düşərgəsi” keçirilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ukraynada səslərin 95%-i hesablandı 22 Aprel 2019, 12:29 Saatlının icra başçısı AXCP-çinin toyuna mane olub?  - “Paylaşımları görəndə, dəhşətə gəldik” -  Rəsmi AÇIQLAMA 22 Aprel 2019, 12:29 İrana yardım üçün ianə kampaniyası keçirilir 22 Aprel 2019, 12:21 “Neft bazarı çox kövrək xarakter alıb" - Nazir 22 Aprel 2019, 12:17 UNEC-də Ümummilli Liderə həsr olunan ilk TEDx konfransı 22 Aprel 2019, 12:06 Hərbi tibb sahəsində YENİLİK 22 Aprel 2019, 12:04 Bakıda 600 mindən çox sahibsiz it var və sayları artmaqdadır - TƏHLÜKƏ 22 Aprel 2019, 12:03 Binəqədidə Zərifə Əliyeva anıldı 22 Aprel 2019, 11:59 İndiyədək “Azəri-Çıraq-Günəşli”dən  çıxarılan neftin həcmi açıqlandı 22 Aprel 2019, 11:48 Çingiz Qənizadə Beyləqanda seçiciləri ilə görüşdü   22 Aprel 2019, 11:42 Rayonlarda sarı pasa qarşı mübarizə... 22 Aprel 2019, 11:40 İçində işıq gəzdirən və işığın içindəki Qulu 22 Aprel 2019, 11:35 Problemli kreditlərə görə ilk kompensasiyanı bu müştəri aldı – FOTO 22 Aprel 2019, 11:33 Qaret Beyl üçün Çin iddiası - Sərvət istədi 22 Aprel 2019, 11:30 Heydər Əliyev Mərkəzində “Oxu günü” keçirilib - FOTOLAR   22 Aprel 2019, 11:24 Abituriyentlərin nəzərinə: sınaq imtahanına qeydiyyat başlayıb 22 Aprel 2019, 11:23 Nazir müavini “Oş -Türk dünyasının mədəniyyət paytaxtı”nın AÇILIŞINDA 22 Aprel 2019, 11:09 Goranboyun başçısı sakinlərlə görüşdü   22 Aprel 2019, 11:02 Əfqanıstanda mədəndə 8 nəfər öldü 22 Aprel 2019, 10:51 Azərbaycan uşaqların milli geyimləri xaricilərin diqqətində 22 Aprel 2019, 10:41 İmişlidə yeni doğulan körpə öldü 22 Aprel 2019, 10:34 İqtisadçı problemli kreditlər üzrə kompensasiyaların qaranlıq məqamlarına AYDINLIQ GƏTİRDİ 22 Aprel 2019, 10:13 Bakı sakinini sifarişlə öldürüb yandıran şəxslər tutuldu - Dəhşətli HADİSƏ 22 Aprel 2019, 10:07 Problemli kreditlərlə bağlı Apellyasiya Komissiyası yaradıl 22 Aprel 2019, 10:02 Deputat Sumqayıtda qarşıya qoyulan məsələləri müzakirə etdi  22 Aprel 2019, 09:53 Ermənilər cəbhədə təxribatlara davam edir 22 Aprel 2019, 09:41 Bakının məşhur qonaqları - “KQB”nin məşhur generalına “Nizami xalçası”nı kim bağışlamışdı? - FOTOLAR 22 Aprel 2019, 09:41 Qobuda mağaza yanıb   22 Aprel 2019, 09:37 Azərbaycana xain gözlə baxanlar... 22 Aprel 2019, 09:34 Bakıda tıxac yarandı 22 Aprel 2019, 09:29