Arxiv
2 Dekabr 2018, 21:32 | TƏHSİL
Asim Mollazadə: “11 illik icbari təhsil olsun, uşaqları vahid geyimlə dövlət təchiz eləsin” - TƏKLİFLƏR

Hər bir dövlətin gücü onun təhsilindən və elmə yaxınlığından asılıdır. Əgər biz Azərbaycanın demokratik və müasir bir dövlət kimi inkişafını istəyiriksə, bu sahəyə diqqət yetirməliyik.

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə müzakirəyə çıxarılan "Ümumi təhsil haqqında" yeni qanun layihəsi haqda danışarkən deyib. O, təhsil qanunvericiliyinə ciddi təkliflər irəli sürüb.

Millət vəkili 9 illik pulsuz icbari təhsilin 11 illik icbari təhsillə əvəz olunmasını təklif edib:

“Biz icbari təhsili tam və pulsuz etməliyik. Bu, Azərbaycanın bir sıra digər dövlətlərdən, eləcə də bizə yaxın olan qonşu dövlətlərdən üstünlüyünün zəmanəti ola bilər”.

Millət vəkili həmçinin bəzi bölgələrdə qızların icbari təhsil almasına problemlər yaradıldığını bildirib. O, qeyd edib ki, qızları icbari təhsildən məhrum edənlərə qarşı müvafiq cəzalar müəyyənləşdirilməlidir.
Qanunun maliyyə ilə bağlı hissəsinə toxunan deputat deyib ki, dövlət adambaşına təhsilə nə qədər maliyyə ayırdığını müəyyən etməlidir. Bir uşağın pulsuz icbarı təhsil almasının dövlətə neçəyə başa gəldiyi konkret qeyd edilməlidir:

“Çox vaxt şikayət gəlir ki, özəl məktəblərdə, universitetlərdə təhsil xərcləri artıb. Bu xərclər nəyə görə artır? Hər şey məntiqi olmalıdır. Əgər təhsil müəssisəsində əlavə xidmət edilirsə, bilgi verilirsə, bunun da əlavə məsrəfləri olur. Bu məsrəflər həmişə şəffaf və aydın olmalıdır. Biz büdcəni müəyyənləşdirərkən bilməliyik ki, hər bir şagirdə, yaxud da dövlət universitetlərində təhsil alan tələbəyə nə qədər xərcləyirik. Məbləğin qeyri-müəyyən olması, bir çox hallarda müvafiq dövlət təhsil müəssisələrində bəzi xoşagəlməz nəticələr doğurur”.

Prezidentin apardığı çox düzgün siyasət nəticəsində müəyyən universitetlərin maliyyə azadlığına nail olduğunu qeyd edən Mollazadə deyib ki, bu, universitetlərdə təhsilin səviyyəsini və müəllimlərin məvaciblərini artırmaq üçün gözəl vasitədir. Artıq məktəblərdə də maliyyə sisteminin bu istiqamətdə müəyyənləşdirilməsinin vaxtı çatıb.

“Biz təhsil prosesinə valideynlərin də imkanlarını cəlb etməliyik. Məktəblərə müəyyən hüquqlar verilməlidir ki, hansısa əlavə dərsləri valideynlərin hesabına tədris edə bilsinlər. İndi vergi sistemində islahatlar həyata keçirilir. Vergi islahatları sayəsində sponsorları təhsil prosesinə cəlb edə bilərik. Sponsorlar məktəblərə vəsait ayırarkən öz imkanlarını da genişləndirə bilərlər. Biz keçmiş bolşevik sisteminə son qoyaraq müasir Azərbaycanda maliyyə imkanlarını genişləndirmək üçün yeni sistem formalaşdırmalıyıq. Məktəblərin maliyyə azadlığı qanunda öz əksini tapmalıdır. Universitetlərdə olduğu kimi, dövlət idarəçiliyində olan məktəblərin də maliyyə imkanları və özünüidarəetmə prinsipləri daha geniş müəyyənləşdirilməlidir” – Mollazadə deyib.

Millət vəkili dünya təcrübəsinə istinadla məktəblərdə hər bir azərbaycanlıya 3-4 dili öyrənmək imkanlarının verilməsini təklif edib. “İndidən uşaqlara konkret dilləri daha mükəmməl öyrənmək üçün şərait yaratmalıyıq, xaricdən mütəxəssisləri cəlb etməliyik” – deyən deputat, bunun üçün Dövlət Dillər Universitetinin və Bakı Slavyan Universitetinin təcrübəsindən yararlanmağı da təklif edib. Həmin universitetlərdə Çin və Yunanıstan gələn mütəxəssislərin tələbələrə Çin və yunan dillərini öyrətdiklərini bildirib.

“Hər şey Nazirlik tərəfindən şaquli sistemlə idarə oluna bilməz. Bəlkə haradasa Nazirlik hansısa reallığı hesablamaq imkanına malik deyil. Ona görə də, məktəblərin həm maliyyə, həm də müəyyən çərçivədə qərar vermək azadlıqları olmalıdır” – deyən Mollazadə vahid məktəbli forması ilə bağlı Naxçıvan təcrübəsini də təqdir edib.

“Vahid məktəb forması çox gözəl təcrübədir. Amma biz burada bəzən sosial problemlərlə rastlaşırıq. Bu barədə qərar qəbul edəndə aztəminatlı ailələri nəzərə almalıyıq. Məktəbli forması problemi bəzi bölgələrdə sosial gərginliyə səbəb olur. Əgər vahid forma barədə qərar qəbul edilirsə, onda, məsələn, məcburi köçkünlərin, çoxuşaqlı ailələrin uşaqlarının forma ilə təchiz edilməsini dövlət öz üzərinə götürməlidir” – deyə millət vəkili fikrini yekunlaşdırıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə ordusu 4 şəhid verdi, 6 yaralı - YENİLƏNİB 20 Aprel 2019, 10:47 Salyanda qəza 4 yaşlı uşağın həyatına son qoydu 20 Aprel 2019, 10:37 Lerikə 15 sm qar yağıb 20 Aprel 2019, 10:18 Qazaxıstanda avtobus qəzası olub - 11 ölü, 29 yaralı 20 Aprel 2019, 10:05 Ermənistan silahlı qüvvələri atəşkəsi 21 dəfə pozub 20 Aprel 2019, 09:52 Azərbaycana qış geri döndü – Bakıya yağış, bölgələrə qar, dolu YAĞDI 20 Aprel 2019, 09:50 Futbol dahisi Messinin şöhrətin zirvəsinə gedən yolu – FAKTLAR+SİTATLAR     20 Aprel 2019, 09:32 Ermənistandan Rusiyaya daşınan nüvə tullantıları Azərbaycandan keçəcək?... 20 Aprel 2019, 09:14 Fırtına 5 nəfərin ölümünə səbəb olub 20 Aprel 2019, 09:06 ABŞ əsgəri ölümündən 75 il sonra dəfn edildi 20 Aprel 2019, 00:47 Bəzi geyimlər sağalmaz xəstəliklər yaradır - VİDEO 20 Aprel 2019, 00:29 Ukraynada sükut günüdür 20 Aprel 2019, 00:14 Yunanıstan Almaniyadan təzminat tələb edir 19 Aprel 2019, 23:56 Azərbaycan nefti 75 dollaradək  bahalaşdı 19 Aprel 2019, 23:34 Xətaidə anbarda başlayan yanğın söndürüldü 19 Aprel 2019, 23:19 Şəmkirdə ağır qəza: 1 ölü, 3 yaralı 19 Aprel 2019, 23:03 İran 290 cəsus aşkarlayıb 19 Aprel 2019, 22:46 Yasamalda mənzil siqaretdən yandı 19 Aprel 2019, 22:24 “Mənim üçün şərəfdir” – İmamoğlu Ərdoğanla görüşündən yazdı 19 Aprel 2019, 22:11 Türkiyə, Azərbaycan və Türkmənistan arasında enerji əməkdaşlığı 19 Aprel 2019, 21:49 “Bu pullar Allah naminə yığılırsa da, kimlərinsə cibinə gedir” - Sabir Rüstəmxanlı 19 Aprel 2019, 21:33 Prezidentliyə namizədlərin debatı başlayıb - CANLI YAYIN 19 Aprel 2019, 21:17 “Neftçi” liderlə xal fərqini qorudu 19 Aprel 2019, 21:06 Prezident Administrasiyasının rəhbəri istefa verdi 19 Aprel 2019, 20:51 “Traktor”un oyununda qarşıdurma: xeyli yaralı var - VİDEO 19 Aprel 2019, 20:36 Bakıda İran Ticarət Mərkəzi  açıldı 19 Aprel 2019, 20:18 İstanbulda Qaşıqçının ölümündə şübhəli bilinən cəsus saxlanıldı 19 Aprel 2019, 20:06 Son illər rus bölməsində təhsil alan şagirdlərin sayı  dəyişməz qalıb - Təhsil Naziri 19 Aprel 2019, 19:58 Bakıda kişi ona ərə getmək istəməyən qadını öldürüb - TƏFƏRRÜAT 19 Aprel 2019, 19:49 “Elinanın ölümü bizim üçün sarsıdıcı oldu - Ceyhun Bayramov 19 Aprel 2019, 19:40