11 dekabr 2018, Çərşənbə
Ana Səhifə - ƏDƏBİYYAT - Professor plagiatlıq etmədiyini bildirdi: “...ortada başqa bir adam var” - QALMAQAL
Professor plagiatlıq etmədiyini bildirdi: “...ortada başqa bir adam var” - QALMAQAL
05.12.2018, 10:23

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun “Terminologiya” şöbəsinin müdiri, professor Sayalı Sadıqovanın yeni nəşr etdirdiyi “İzahlı dilçilik terminləri lüğəti” kitabının plagiat olması haqda məlumat yayılıb. “Ölkə.az”ın yaydığı məlumata görə, Sayalı Sadıqova və onun başçılıq etdiyi elmi işçilər M.İ.Adilov, Z.N.Verdiyeva və F.M.Ağayevanın birlikdə tərtib etdikləri “İzahlı dilçilik terminləri lüğəti” Fəxrəddin Veysəllinin müəllifliyi və redaktəsi ilə hazırlanmış “Dilçilik ensiklopedaiyası”ndan köçürülübr. Sayt “İzahlı dilçilik terminləri lüğəti” kitabındakı köçürmələri üzə çıxartmaq üçün hər üç kitabı əldə etdiyini bildirərək, oğurluq faktının olduğunu iddia edib:


“Professor Sayalı Sadıqovanın müəllifi olduğu kitabdakı oğurluq faktlarını görmək üçün heç dilçi olmaq da lazım deyil. Kitabın istənilən səhifəsini vərəqləmək kifayətdir edir ki, orada plagiat faktlarını aydın görəsən. Hətta misallar da eynidir”, - “Ölkə.az” yazıb.

Məsələ ilə bağlı Modern.az-a danışan professor Sayalı Sadıqova bunu jurnalist təxəyyülünün məhsulu olduğunu bildirir:

“Bu söhbəti jurnalist açıb. Daha sonra Fəxrəddin müəllimə zəng edib. Fəxrəddin müəllim deyir ki, “mən “İzahlı dilçilik terminləri lüğəti”ni görməmişəm. Lüğət haqqında heç bir söz deyə bilmərəm”. Sonra məndən açıqlama alıb. Mən də bidirmişəm ki, “bizim lüğətimiz birdillidir, prinsipləri tamam başqadır”.

Ona görə mən o yazını məqsədli şəkildə yazılmış yazı hesab edirəm və heç onu şərh eləmək də istəmirəm. Fəxrəddin müəllimin səsyazısını da saxlamışıq. Fəxrəddin müəllim deyir ki, “xəstəydim, evimdə oturduğum yerdə jurnalist zəng etdi və münasibət bildirməyimi istədi. Mən də dedim ki, o lüğətlə tanış deyiləm”. O səsyazısı da bizdədir.

 

O lüğət rusca, bizimki isə Azərbaycan dilində verilən tamamilə müasir lüğətdir. Fəxrəddin müəllimin lüğəti 2006-2008-ci illərdə nəşr olunub. O lüğətin rus, alman, ingilis, fransız, Azərbaycan dilində transkripsiyası verilib. Orada daha çox alman dilinin qaramatikasında işlənən terminlər toplanıb. Bunların izahı bir cümlə ilə verilib. Biz isə hər bir terminin nəşr dilində izahını vermişik. İndiyə qədər azərbaycan dilində bu cür terminoloji lüğət olmayıb. Lüğət fevral ayında çıxanda AzTV-də “Azərbaycan dili” verilişində Nizami Cəfərovun rəhbərliyi altında, eyni zamanda mart ayında İctimai Televiziyada Tofiq Müzəffəroğlunun verilişində müzakirə olunub. “Xalq”, “Respublika”, “525-ci qəzet”də geniş məqalalər dərc edilib, həmçinin, “Türkologiya” jurnalında rəy dərc olunub. Lüğət Türkiyədə müzakirə olunub, Zeynəb Qorxmazın “Türk dilinin qrammatikası lüğəti”ndən yüksək dəyərləndirilib. Noyabr ayında lüğətin təqdimatı keçirilib. Orada bütün dilçilər iştirak edib. Lüğətin baş redaktoru İsa Həbibbəyli, redaktoru Mövsüm Nağısoylu, elmi redaktoru mənəm. Lüğət iki il müddətinə hazırlanıb. Mən həm də Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müaviniyəm. O lüğətdə hansısa plagiatdan söhbət gedə bilməz. Və bütün bunlardan sonra jurnalistin bu fikirləri yazmağı doğru deyil”.

 

S.Sadıqovanın “Bəlkə bu fikirlər Fəxrəddin Veysəlli tərəfindən jurnalistə bildirilib. Jurnalist özündən belə şeyi niyə yazsın” sualına cavabı belə olub:

“Fəxrəddin müəllimin səsi məndə var. O, ümumiyyətlə lüğətlə tanış olmadığını deyir. Bizim bu sahədə geniş təcrübəmiz var. Lüğətdə plagiatlıq axtarıb tapmaq qeyri-mümkündür. Necə ki, şəxs adlarını qoyan zaman, məsələn kimsə Aygün adını qoyur, sabah digəri Aygül qoyur. Və kimsə deyə bilməz ki, “Aygün, Aygülü mən yaratmışam, məndən oğurlayıblar”. Bu, xalqın söz xəzinəsidir. Dilçilik elminin terminləridir, hərə bir şəkildə izah edir. Fəxrəddin müəllim deyirsə ki, “mən lüğəti görməmişəm”, jurnalistin yazını o cür təqdim etməsini özü bilər.

Kim deyib o sözü ki, bizim lüğət plagiatdır, bax o adam yoxdur ortada. Hər iki müəllif - mən də, Fəxrəddin müəllim də o fikirləri təkzib edirsə, deməli, ortada başqa adam var. İki il ərzində görülmüş işə kölgə salmaq olmaz. O lüğət hər bir dilçinin stolüstü kitbıdır”.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İbrahim Alışov yola salınır?..    
11.12.2018, 13:47

İbrahim Alışov yola salınır?..   

Dövlət xəstəxanalarında pullu xidmət rəsmiləşəcək? - Deputat AYDINLIQ GƏTİRDİ   
11.12.2018, 13:41

Dövlət xəstəxanalarında pullu xidmət rəsmiləşəcək? - Deputat AYDINLIQ GƏTİRDİ  

Elçin Quliyev iranlı komandanla razılıq əldə etdi
11.12.2018, 13:36

Elçin Quliyev iranlı komandanla razılıq əldə etdi

Dövlət himninin ifası zamanı vətəndaşdan tələb olunan ŞƏRTLƏR   
11.12.2018, 13:35

Dövlət himninin ifası zamanı vətəndaşdan tələb olunan ŞƏRTLƏR  

Sabahın hava PROQNOZU - XƏBƏRDARLIQ   
11.12.2018, 13:23

Sabahın hava PROQNOZU - XƏBƏRDARLIQ  

Cəsarətsiz Makron və Türkiyə təcrübəsi
11.12.2018, 13:17

Cəsarətsiz Makron və Türkiyə təcrübəsi

Sərnişinlər qapıları tutdu, metroda sıxlıq yaşandı
11.12.2018, 13:14

Sərnişinlər qapıları tutdu, metroda sıxlıq yaşandı

Korrupsiya İdarəsi Bakıda tikinti aparan vəzifəli şəxslərə cinayət işi açdı  
11.12.2018, 13:10

Korrupsiya İdarəsi Bakıda tikinti aparan vəzifəli şəxslərə cinayət işi açdı  

Yol polisindən Beynəlxalq Sürücülük Vəsiqəsi ilə bağlı TÖVSİYƏLƏR
11.12.2018, 12:59

Yol polisindən Beynəlxalq Sürücülük Vəsiqəsi ilə bağlı TÖVSİYƏLƏR

İlham Əliyev: “İran-Azərbaycan sərhədi dostluq sərhədidir” - YENİLƏNİB
11.12.2018, 12:53

İlham Əliyev: “İran-Azərbaycan sərhədi dostluq sərhədidir” - YENİLƏNİB

Vanqanın 2019-cu il PROQNOZLARI - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami...
11.12.2018, 12:50

Vanqanın 2019-cu il PROQNOZLARI - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami...

Paşinyanın yeni kadr təyinatları mətbuata SIZDI
11.12.2018, 12:41

Paşinyanın yeni kadr təyinatları mətbuata SIZDI

Yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələnib
11.12.2018, 12:31

Yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələnib

Orta aylıq əməkhaqqı 540 manata çatıb   
11.12.2018, 12:18

Orta aylıq əməkhaqqı 540 manata çatıb  

Elmira Axundovanın Heydər Əliyev haqqındakı kitabına təqdimat keçirildi - FOTOLAR
11.12.2018, 11:59

Elmira Axundovanın Heydər Əliyev haqqındakı kitabına təqdimat keçirildi - FOTOLAR

Brüsseldə Brexit-lə bağlı yekun danışıqlar başlayacaq
11.12.2018, 11:58

Brüsseldə Brexit-lə bağlı yekun danışıqlar başlayacaq

Bakı Meriyasından Atatürk parkındakı söküntü ilə bağlı AÇIQLAMA   
11.12.2018, 11:47

Bakı Meriyasından Atatürk parkındakı söküntü ilə bağlı AÇIQLAMA  

ADA Universitetində 5-ci BMT modeli konfransı keçirilib
11.12.2018, 11:39

ADA Universitetində 5-ci BMT modeli konfransı keçirilib

Azərbaycanda gündəlik neft hasilatının həcmi AÇIQLANDI  
11.12.2018, 11:30

Azərbaycanda gündəlik neft hasilatının həcmi AÇIQLANDI  

“Buta Palace”nin art direktoru arvadını 5-ci mərtəbədən atıb ÖLDÜRDÜ
11.12.2018, 11:25

“Buta Palace”nin art direktoru arvadını 5-ci mərtəbədən atıb ÖLDÜRDÜ

Ermənistanda yanğın: 3 ölü
11.12.2018, 11:25

Ermənistanda yanğın: 3 ölü

Türkiyə Qara dənizdə yeni hərbi baza tikəcək
11.12.2018, 11:20

Türkiyə Qara dənizdə yeni hərbi baza tikəcək

Qadınları fahişəliyə cəlb edən saxlanıldı  
11.12.2018, 11:08

Qadınları fahişəliyə cəlb edən saxlanıldı  

Heydər Əliyev Binəqədidə ANILDI
11.12.2018, 11:01

Heydər Əliyev Binəqədidə ANILDI

Qurban Qurbanovdan ŞOK ADDIM: AFFA-nın təzminatından imtina etdi
11.12.2018, 10:45

Qurban Qurbanovdan ŞOK ADDIM: AFFA-nın təzminatından imtina etdi

Daha bir ölkədən Rusiyaya SANKSİYA
11.12.2018, 10:43

Daha bir ölkədən Rusiyaya SANKSİYA

Ziyafət Əsgərov: “Çalışırlar ki, Azərbaycanda terror hadisəsi törətsinlər”
11.12.2018, 10:41

Ziyafət Əsgərov: “Çalışırlar ki, Azərbaycanda terror hadisəsi törətsinlər”

Bakcell daha bir iri məşğulluq sərgisinə qatılıb  
11.12.2018, 10:38

Bakcell daha bir iri məşğulluq sərgisinə qatılıb  

Kiyevdə Heydər Əliyevin anım mərasimi keçirildi
11.12.2018, 10:36

Kiyevdə Heydər Əliyevin anım mərasimi keçirildi

Tehranın yerləşdiyi ərazi çökür
11.12.2018, 10:35

Tehranın yerləşdiyi ərazi çökür

Ədəbi darğalar və ədəbi qarğalar
11.12.2018, 10:34

Ədəbi darğalar və ədəbi qarğalar

11 ayda 498 vaqon dezinfeksiya olundu
11.12.2018, 10:31

11 ayda 498 vaqon dezinfeksiya olundu

19 yaşlı gənc itkin düşdü - FOTO   
11.12.2018, 10:21

19 yaşlı gənc itkin düşdü - FOTO  

Siqaretə görə cərimələr qüvvəyə mindi: 40-50 manat...
11.12.2018, 10:21

Siqaretə görə cərimələr qüvvəyə mindi: 40-50 manat...

Sabah Fəxri xiyabana doğru nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
11.12.2018, 10:17

Sabah Fəxri xiyabana doğru nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Deputatlarımız Hindistan, Türkiyə və Gürcüstana gedir
11.12.2018, 10:00

Deputatlarımız Hindistan, Türkiyə və Gürcüstana gedir

Universitet rektorları 5 illiyə təyin olunacaq - FƏRMAN
11.12.2018, 09:42

Universitet rektorları 5 illiyə təyin olunacaq - FƏRMAN

Ötən gün Azərbaycan yollarında 2 nəfər öldü
11.12.2018, 09:37

Ötən gün Azərbaycan yollarında 2 nəfər öldü

Xətainin bir hissəsi qazsız qalacaq
11.12.2018, 09:18

Xətainin bir hissəsi qazsız qalacaq

Cəbhədə təxribat - Müdafiə Nazirliyi məlumat yaydı
11.12.2018, 09:17

Cəbhədə təxribat - Müdafiə Nazirliyi məlumat yaydı

Deputat: “Kimsə mənim adıma bircə səhm tapsa, söz verirəm ki, ona bağışlayacam” - MÜSAHİBƏ
11.12.2018, 08:38

Deputat: “Kimsə mənim adıma bircə səhm tapsa, söz verirəm ki, ona bağışlayacam” - MÜSAHİBƏ

Azərbaycan millisinin rəqibləri müəyyənləşir - PÜŞKATMA   
11.12.2018, 08:29

Azərbaycan millisinin rəqibləri müəyyənləşir - PÜŞKATMA  

Bu gün Çempionlar Liqasında qrup mərhələsi yekunlaşacaq - TƏQVİM   
11.12.2018, 08:24

Bu gün Çempionlar Liqasında qrup mərhələsi yekunlaşacaq - TƏQVİM  

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
11.12.2018, 08:14

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

Şabranda evdən 2900 manat oğurlanıb
11.12.2018, 00:27

Şabranda evdən 2900 manat oğurlanıb

Fransada fövqəladə vəziyyət elan olundu
10.12.2018, 23:45

Fransada fövqəladə vəziyyət elan olundu

Astarada qatar 28 yaşlı gənci vuraraq öldürüb
10.12.2018, 23:21

Astarada qatar 28 yaşlı gənci vuraraq öldürüb

Lənkəranda 46 yaşlı kişi xalasının evindən itkin düşdü
10.12.2018, 23:11

Lənkəranda 46 yaşlı kişi xalasının evindən itkin düşdü

Fransada gürcü, azərbaycanlı və ermənilərin təmsil olunduğu cinayətkar qruplaşmanın üvzləri saxlanılıb 
10.12.2018, 22:30

Fransada gürcü, azərbaycanlı və ermənilərin təmsil olunduğu cinayətkar qruplaşmanın üvzləri saxlanılıb 

Azərbaycanda qızıl və gümüş bahalaşdı
10.12.2018, 22:07

Azərbaycanda qızıl və gümüş bahalaşdı

ARXİV