Modern.az

Ceyhun Hacıbəylinin gəlini Diaspor Komitəsinin AXC ilə bağlı tədbirlərini DƏYƏRLƏNDİRDİ

Ceyhun Hacıbəylinin gəlini Diaspor Komitəsinin AXC ilə bağlı tədbirlərini DƏYƏRLƏNDİRDİ

Diaspor

5 Dekabr 2018, 13:18

“Ceyhun Hacıbəylinin iki oğlu var idi -  Ceyhun (Ceyçik) və Timuçin. Ceyhun Ceyhun Hacıbəylinin kiçik oğlu idi”.

 

Bunu Modern.az saytına açıqlamasında Bakıda səfərdə olan görkəmli ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin Parisdə yaşayan gəlini Paskal Hacıbəyli Buşe bildirib.

 

O qeyd edib ki, Ceyhun Hacıbəyli (oğul) İkinci Dünya Müharibəsində Fransa ordusunun tərkibində zabit kimi iştirak edib.

 

Paskal Hacıbəyli Buşe söyləyib ki, Ceyçik 1940-cı ildə faciəli şəkildə həlak olub.

 

O, həmçinin Diasporla İş Üzrə Dövlət Komitəsinin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ilə bağlı gördüyü işləri də yüksək qiymətləndirib.

 

Qeyd edək ki, görkəmli ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin Parisdə yaşayan gəlini Paskal Hacıbəyli Buşe və nəvəsi Benjamin Hacıbəyli Diasporla İş üzrə Dövlət Komitəsinin AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirləri çərçivəsində hazırda Bakıdadırlar.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi