Arxiv
2 Dekabr 2018, 08:28 | MƏDƏNİYYƏT
Fəxrəddin Manafov Rus Dram Teatrından getməsi xəbərini TƏSDİQLƏYİB

Xalq artisti Fəxrəddin Manafov Səməd Vurğun adına Rus Dram Teatrından getməsi xəbərlərini təsdiq edib.

Modern.az xəbər verir ki, F.Manafov 1news.az-ın redaksiyasına məktub göndərib. Teatr aktyorun işinin başında olduğunu desə də o, bunu inkar edib:

“Sadəcə, piar lazım idi. Teatrın kassasına 2-3 min daha tamaşaçı cəlb etmək üçn afişaya mənim adımı yazmaq lazım olub. Allah eşqinə, mən buna qarşı deyiləm. Ancaq nə vaxt ki, maraqlı, yaddaqalan iş görməyə başlayırsan, bu, kiminsə xoşuna gəlmir, qıcıqlandırır və müqavimətə səbəb olur. 

Teatrda 2 ay sürən işdən sonra böyük aktrisamız Şəfiqə xanım Məmmədova teatra zəng edərək mənim yenidən səhnəyə qayıtmağımla bağlı sevincini ifadə etdi və Fəxrəddin Manafov üçün lazımi iş şəraitinin yaradılması üçün məsləhət verdi. Onu isə belə əmin etmişdilər: “Narahat olmayın, Şəfiqə xanım. O, özü üçün bütün şərtləri yaradır”. Bu tamamilə düz idi”.

Aktyor teatra gəldiyi ilk gündən səhnədə normal peşəkar iş üçün lazım olan sadə, elementar şeyləri tələb etməli olduğundan şikayətlənib:

“Ayda bir dəfə oynanılan tamaşadan qabaq məşqləri tələb etmək lazım gəlirdi. Görünür, bu, teatrda çoxdan unudulmuşdu.

Aylarla səhnəyə çıxmayan balet truppası, yaxud yarışlardan qabaq məşq etməyən idman komandası təsəvvür edin. Hər dəfə bu ətalətin öhdəsindən gəlmək isə sağlamlığıma və həyat enerjimə başa gəlirdi. 

Sən səhnədə, tamaşaçı isə zalda olarkən tərəf-müqabilinin atmacalarını, kulisdə danışılan söhbətləri, səs-küy, gurultunu eşidə bilərdin. 

Bunun üzərində bir nəticəyə nail oldum. İşçilər arasında bu ifadə gəzməyə başladı: “Manafov oynayanda kulislərdə sükutdur”". 

F.Manafov teatrın gənc əməkdaşlarının yeni tamaşaların məşqi zamanı mobil telefondan çox istifadə etmələrindən də narazılığını bildirib:

 “Ən ağırı isə nəyisə qışqıraraq tələb etmək idi. Yoxsa, səni eşitmirdilər və nəticə olmurdu. Bir növ karlıq epidemiyası yayılmışdı. Mən qışqırmaqdan çox yorulmuşdum. 

Yalnız bir gözəl dövr olmuşdu: o da İrina Mixaylovnanın rejissor köməkçisi işlədiyi dövr idi. Peşəkarlığın nə demək olduğunu bilən insan... O, mənə “Fəxrəddin müəllim, sizinlə bir məşq bir universitetə bərabərdir” deyərdi. Ancaq təəssüf ki, İrina Mixaylovna tezliklə teatrın kitabxanasına transfer oldu. 

Mənim yanımda tezliklə administrasiyadan truppada bərabərliyə cavabdeh olan xanım peyda oldu. “Hər şey dəyişən və dəyişiləndir”. O, mənə sovet dövrünün pioner qızını xatırladırdı. O əlbəttə orta məktəb üçün pis deyildi, ancaq teatrda pioner-məktəblilər işləmir. 

Pioner-qız mənə öz məsləhətləri ilə yaxınlaşmağa başladı: hamı kimi olmalı, hamının etdiklərini etməli idim. Sonda isə “Dünya sənin ətrafında dönmür" dedi, ancaq nəyin ətrafında döndüyünü bildirmədi.

Praqaya gedib Vaslavski meydanında Avropanın mərkəzini qucaqlamaq və ona gileylənmək üçün ürəyimdə güclü istək yarandı. “Mən heç vaxt hamı kimi ola bilmərəm, olmadım və olmayacam. Mənim müəllimlərim də belə olmayıb.

Direktorla əsas rejissorun kabineti arasındakı qəbul otağında kresloya yayxanmış və mənəvi cəhətdən hələ tam formalaşmamış ORQANİZM mənə kobudluq etməyə başladı. Mən isə kobuluğu qəbul etmirəm”.

Xalq artisti məktubunun sonunda teatrın kassalarından onun iştirakı ilə "Mərasim" tamaşasına bilet axtarmamağı məsləhət görüb. O, tamaşanın onun iştirakı ilə bir daha olmaycağını bildirib. 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Lerikə 15 sm qar yağıb 20 Aprel 2019, 10:18 Qazaxıstanda avtobus qəzası olub - 11 ölü, 29 yaralı 20 Aprel 2019, 10:05 Ermənistan silahlı qüvvələri atəşkəsi 21 dəfə pozub 20 Aprel 2019, 09:52 Azərbaycana qış geri döndü – Bakıya yağış, bölgələrə qar, dolu YAĞDI 20 Aprel 2019, 09:50 Futbol dahisi Messinin şöhrətin zirvəsinə gedən yolu – FAKTLAR+SİTATLAR     20 Aprel 2019, 09:32 Ermənistandan Rusiyaya daşınan nüvə tullantıları Azərbaycandan keçəcək?... 20 Aprel 2019, 09:14 Fırtına 5 nəfərin ölümünə səbəb olub 20 Aprel 2019, 09:06 Türkiyə ordusu 2 şəhid verdi 20 Aprel 2019, 08:59 ABŞ əsgəri ölümündən 75 il sonra dəfn edildi 20 Aprel 2019, 00:47 Bəzi geyimlər sağalmaz xəstəliklər yaradır - VİDEO 20 Aprel 2019, 00:29 Ukraynada sükut günüdür 20 Aprel 2019, 00:14 Yunanıstan Almaniyadan təzminat tələb edir 19 Aprel 2019, 23:56 Azərbaycan nefti 75 dollaradək  bahalaşdı 19 Aprel 2019, 23:34 Xətaidə anbarda başlayan yanğın söndürüldü 19 Aprel 2019, 23:19 Şəmkirdə ağır qəza: 1 ölü, 3 yaralı 19 Aprel 2019, 23:03 İran 290 cəsus aşkarlayıb 19 Aprel 2019, 22:46 Yasamalda mənzil siqaretdən yandı 19 Aprel 2019, 22:24 “Mənim üçün şərəfdir” – İmamoğlu Ərdoğanla görüşündən yazdı 19 Aprel 2019, 22:11 Türkiyə, Azərbaycan və Türkmənistan arasında enerji əməkdaşlığı 19 Aprel 2019, 21:49 “Bu pullar Allah naminə yığılırsa da, kimlərinsə cibinə gedir” - Sabir Rüstəmxanlı 19 Aprel 2019, 21:33 Prezidentliyə namizədlərin debatı başlayıb - CANLI YAYIN 19 Aprel 2019, 21:17 “Neftçi” liderlə xal fərqini qorudu 19 Aprel 2019, 21:06 Prezident Administrasiyasının rəhbəri istefa verdi 19 Aprel 2019, 20:51 “Traktor”un oyununda qarşıdurma: xeyli yaralı var - VİDEO 19 Aprel 2019, 20:36 Bakıda İran Ticarət Mərkəzi  açıldı 19 Aprel 2019, 20:18 İstanbulda Qaşıqçının ölümündə şübhəli bilinən cəsus saxlanıldı 19 Aprel 2019, 20:06 Son illər rus bölməsində təhsil alan şagirdlərin sayı  dəyişməz qalıb - Təhsil Naziri 19 Aprel 2019, 19:58 Bakıda kişi ona ərə getmək istəməyən qadını öldürüb - TƏFƏRRÜAT 19 Aprel 2019, 19:49 “Elinanın ölümü bizim üçün sarsıdıcı oldu - Ceyhun Bayramov 19 Aprel 2019, 19:40 Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib - FOTO   19 Aprel 2019, 19:32