Modern.az

Azərbaycanda kollec tələbəsi dəm qazından boğuldu

Azərbaycanda kollec tələbəsi dəm qazından boğuldu

6 Dekabr 2018, 11:24

Astarada 18 yaşlı tələbə dəm qazından zəhərlənərək vəfat edib.

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü, Astara rayon sakini İbrahimzadə Leyla İlşat qızı hamamda çimərkən dəm qazından zəhərlənib. 

Belə ki, Lənkəran Dövlət Humanitar Kollecinin tələbəsi olan L. İbrahimzadə ötən gün bacısı  Roza İbrahimzadənin evinə gedib. Bu zaman bədbəxt hadisə baş verib.  

Rayon prokurorluğunun əməkdaşları tərəfindən əməliyyat-istintaq qrupunun üzvləri ilə birlikdə hadisə yerinə baxış keçirilib. Meyitin müayinə olunması üçün ekspertiza təyin edilib. 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır