Modern.az

İlham Əliyev Rusiyadadır - YENİLƏNİB

İlham Əliyev Rusiyadadır - YENİLƏNİB

Aktual

6 Dekabr 2018, 22:40

Dekabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyaya işgüzar səfər edib.

Modern.az xəbər verir ki, dövlət başçısını Sankt Peterburq şəhərindəki Pulkova 1 hava limanında şəhərin vitse-qubernatoru Nikolay Bondarenko, xarici əlaqələr komitəsinin nazir statuslu sədri Yevgeniy Qriqoryev və digər rəsmi şəxslər qarşlayıblar. 

 

Prezident İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Prezident Kitabxanasına gedib.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Prezidentlər birgə foto çəkdiriblər.

Sonra MDB dövlət başçıları birgə foto çəkdiriblər.

Daha sonra MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçirilib.

Görüşdən sonra MDB dövlət başçılarının qeyri-rəsmi naharı olub.

Dövlət başçıları Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrında Pyotr Çaykovskinin “Şelkunçik” baletinə baxıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür