Arxiv
2 Dekabr 2018, 18:13 | AKTUAL
“Bu, ATƏT-in əsas prinsiplərinə, öhdəliklərinə və qərarlarına ziddir”

ATƏT məkanında mövcud münaqişələr sülhə və təhlükəsizliyə ən ciddi təhdid olaraq qalır.

 

Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasında çıxışı zamanı deyib.

E.Məmmədyarov qeyd edib ki, Azərbaycanın prinsipial mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də, dövlətlərin beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsinə əsaslanır:

"Vyanada keçirilmiş Nazirlər Şurasının sonuncu sessiyasından bəri, indiyədək biz Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində heç bir konkret irəliləyiş görməmişik. Əfsuslar olsun ki, gücdən istifadə etməklə ərazilərin ilhaqının yolverilməzliyi, beynəlxalq hüququn ciddi pozulması ilə nəticələnmiş vəziyyətin tanınmaması öhdəliyi və bu vəziyyətin saxlanılmasına köməklik və ya yardım göstərilməsindən çəkinmək kimi fundamental prinsiplər vasitəçi ölkələr tərəfindən selektiv tətbiq olunur.

Eyni zamanda, biz danışıqlar formatının sual altına alınması ilə bağlı Ermənistanın davamlı cəhdlərini müşahidə etdik. Diasporunun fəal dəstəyi ilə Yerevan yüz minlərlə azərbaycanlı məcburi köçkünün, onların doğma yurd-yuvalarına qayıtmaq hüququ da daxil olmaqla insan hüquqlarının pozulması, Azərbaycanın işğal olunmuş ərazilərinin demoqrafik, mədəni və fiziki xarakterinin dəyişdirilməsi qeyri-qanuni təcrübəsini davam etdirir. 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını kobudcasına pozaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşma və digər fəaliyyətlərini davam etdirməkdədir. İşğal olunmuş ərazilərdə qeyri-qanuni hərbi və mülki infrastrukturun yaradılması da daxil olmaqla Ermənistan tərəfinin qanunsuz fəaliyyəti onun işğalı möhkəmləndirmək və baş vermiş faktla (fait accompli) üz-üzə qoymaq məqsədi daşıyan niyyətini və sistemli siyasətini nümayiş etdirir. Bu addımlar, xüsusilə də Ermənistanın imtina etməsi səbəbindən Azərbaycanın işğal olunmuş ərazilərinə fakt araşdırıcı qiymətləndirmə missiyasının göndərilməsində uğursuzluq, sülh prosesində etimada xələl gətirir".

XİN rəhbəri əlavə edib ki, ATƏT-ə üzv dövlətlərin ərazilərinin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı olan bu qanunsuz fəaliyyətlər üçün istifadə olunması tamamilə qəbuledilməzdir:

"Bu, müvafiq mandatlara, ATƏT-in əsas prinsiplərinə, öhdəliklərinə və qərarlarına ziddir. Biz müvafiq iştirakçı dövlətləri Ermənistan, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış Ermənistanın tabeliyində olan qanunsuz rejimin agentləri tərəfindən suveren torpaqlarının Azərbaycanın qanuni təhlükəsizlik maraqlarına qarşı istifadə olunmasının qarşısını almaq üçün təxirəsalınmaz effektiv addımlar atmağa çağırırıq.

BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun Aktının prinsipləri və ATƏT-in qərarları və sənədləri münaqişənin həllinin və Minsk Konfransının həmsədrlərinin mandatının əsasını təşkil edir. BMT-nin 1993-cü ildə qəbul etdiyi qətnamələr işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını və qarşılıqlı addım kimi kommunikasiya və nəqliyyat əlaqələrinin açılmasına və məcburi köçkünlərin evlərinə qayıtmasına yardım göstərməyi tələb edir. Bu yanaşmanın əsas konsepsiyası münaqişənin nəticələrini aradan qaldırmağa, digər siyasi məsələlərin isə Minsk Konfransı çərçivəsində davam edən danışıqlar vasitəsilə həllinə əsaslanır".

 

E.Məmmədyarovun sözlərinə görə, Azərbaycan hesab edir ki, sülhə, sabitliyə və qarşılıqlı faydalı regional əməkdaşlığa alternativ yoxdur və o, münaqişənin qısa zamanda siyasi həllində ən maraqlı tərəfdir:

"Münaqişənin həlli yalnız beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür.

 

Azərbaycan torpaqlarının hərbi işğalı həll yolu deyil və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcəkdir.

Dünən ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri ilə çox mühüm və faydalı məsləhətləşmələrin keçirildiyini sizə məlumat verməkdən şadam. İl ərzində ilk dəfədir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan və Azərbaycan xarici işlər nazirləri tərəfindən birgə bəyanatı razılaşdırmağa nail olduq. Ən vacib məqamlardan biri əlbəttə ki, intensiv və nəticəyə yönəlik, o cümlədən yüksək səviyyədə danışıqların aparılmasıdır. Hesab edirəm ki, Ermənistanda seçkilər yekunlaşdıqdan və yeni hökumət formalaşdıqdan sonra biz gələn il ciddi irəliləyiş əldə etməli və bölgəyə sülh, sabitlik və tərəqqinin gətirilməsi imkanını yaratmalıyıq".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
UNEC-də Ümummilli Liderə həsr olunan ilk TEDx konfransı 22 Aprel 2019, 12:06 Hərbi tibb sahəsində YENİLİK 22 Aprel 2019, 12:04 Bakıda 600 mindən çox sahibsiz it var və sayları artmaqdadır - TƏHLÜKƏ 22 Aprel 2019, 12:03 Binəqədidə Zərifə Əliyeva anıldı 22 Aprel 2019, 11:59 İndiyədək “Azəri-Çıraq-Günəşli”dən  çıxarılan neftin həcmi açıqlandı 22 Aprel 2019, 11:48 Çingiz Qənizadə Beyləqanda seçiciləri ilə görüşdü   22 Aprel 2019, 11:42 Rayonlarda sarı pasa qarşı mübarizə... 22 Aprel 2019, 11:40 İçində işıq gəzdirən və işığın içindəki Qulu 22 Aprel 2019, 11:35 Problemli kreditlərə görə ilk kompensasiyanı bu müştəri aldı – FOTO 22 Aprel 2019, 11:33 Qaret Beyl üçün Çin iddiası - Sərvət istədi 22 Aprel 2019, 11:30 Heydər Əliyev Mərkəzində “Oxu günü” keçirilib - FOTOLAR   22 Aprel 2019, 11:24 Abituriyentlərin nəzərinə: sınaq imtahanına qeydiyyat başlayıb 22 Aprel 2019, 11:23 Nazir müavini “Oş -Türk dünyasının mədəniyyət paytaxtı”nın AÇILIŞINDA 22 Aprel 2019, 11:09 Goranboyun başçısı sakinlərlə görüşdü   22 Aprel 2019, 11:02 Əfqanıstanda mədəndə 8 nəfər öldü 22 Aprel 2019, 10:51 Azərbaycan uşaqların milli geyimləri xaricilərin diqqətində 22 Aprel 2019, 10:41 İmişlidə yeni doğulan körpə öldü 22 Aprel 2019, 10:34 İqtisadçı problemli kreditlər üzrə kompensasiyaların qaranlıq məqamlarına AYDINLIQ GƏTİRDİ 22 Aprel 2019, 10:13 Bakı sakinini sifarişlə öldürüb yandıran şəxslər tutuldu - Dəhşətli HADİSƏ 22 Aprel 2019, 10:07 Problemli kreditlərlə bağlı Apellyasiya Komissiyası yaradıl 22 Aprel 2019, 10:02 Deputat Sumqayıtda qarşıya qoyulan məsələləri müzakirə etdi  22 Aprel 2019, 09:53 Ermənilər cəbhədə təxribatlara davam edir 22 Aprel 2019, 09:41 Bakının məşhur qonaqları - “KQB”nin məşhur generalına “Nizami xalçası”nı kim bağışlamışdı? - FOTOLAR 22 Aprel 2019, 09:41 Qobuda mağaza yanıb   22 Aprel 2019, 09:37 Azərbaycana xain gözlə baxanlar... 22 Aprel 2019, 09:34 Bakıda tıxac yarandı 22 Aprel 2019, 09:29 Bu gündən problemli kreditləri olanlara kompensasiya ödənişi başlayır - RƏSMİ 22 Aprel 2019, 09:20 Bu gündən "Formula 1" ilə əlaqədar yollarda hərəkət məhdudlaşdırılacaq - SİYAHI 22 Aprel 2019, 08:58 Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri: “Soyuq beyinlə və isti qanla Dağlıq Qarabağı geri alacağıq” - MÜSAHİBƏ 22 Aprel 2019, 08:53 Vətəni ailədən öndə tutan QƏHRƏMAN - Kişilik NÜMUNƏSİ 22 Aprel 2019, 08:39